
COP29-da təkadamlı etiraz aksiyası
Noyabrın 18-də COP29-da "yaşıl zonada" təkadamlı etiraz aksiyası keçirilib. Aksiyanı COP29-da texniki işçi olan İsmayıl Cəfərsoy keçirib.
O bildirib ki, 500-dən çox işçinin hüquqları pozulur, əmək haqları ödənilmir. Onun sözlərinə görə, noyabr ayı üçün qəbul edilmiş işçilərə gündə 20 manat ödəniş vəd edilmişdi.
"Hələ verilib veriləyəcəyi bilinmir. Bir gün işləyib bir gün evdəyik və evdə olduğumuz günə görə bizə maaş ödənilməyəcəyini deyirlər. Halbuki, əvvəl belə demirdilər. 500 işçinin çoxu tələbədir. Onların hüquqları pozulur", deyə Cəfərsoy bildirib.
Onun sözlərinə görə, o, COP29-un təhlükəsizlik əməkdaşları tərəfinddən zaldan uzaqlaşdırılıb, akkreditasiyası ləğv edilib və artıq konfransda işləyə bilməyəcək.
COP29 təşkilatçılarından şərh almaq mümkün olmayıb.
1 rəy
Cavid Qara
2024-11-18
Aksiya Yaşıl Zonada yox Mavi Zonada olub. Orda çox ciddi qanun pozuntuları olub. Bu məsələdə İsmayıl bəyə hər cür dəstək olmağa hazırıq. Cavid Qara | ecofront