İqlim məsələləri üzrə Avropa Komissarı Vopke Hukstra
Yaşıl Enerji Dəhlizi Avropanın maraqlarına uyğundur
İqlim məsələləri üzrə Avropa Komissarı Vopke Hukstra Noyabrın 18-də COP29 çərçivəsində Bakıda mətbuat konfransı keçirib.
Turan Agentliyi ona belə bir sual verib: Aİ yaşıl enerjinin Azərbacandan Avropaya nəqli layihələrinin həyata keçirilməsinə necə kömək edə bilər?
Suala mətbuat konfransında iştirak edən, hazırda Avropa İttifaqı Şurasına sədrlik edən Macarıstanın energetika məsələləri və iqlim siyasəti üzrə Dövlət Katibi Attila Ştayner cavab verib.
Düşünürəm ki, bir çox təşəbbüslər var, çünki bu region Avropanın enerji təchizatının şaxələndirilməsi variantı kimi dəyərləndirilir. Aİ-nin bir sıra üzvləri, həmçinin Avropa Komissiyası bunu etiraf edir. Aydındır ki, Yaşıl Enerji Dəhlizi məhz belə bir təşəbbüsdür", deyə o qeyd edib.
"Aİ-nin enerji, xüsusən də təmiz enerji idxal etməsinin və tədarükü şaxələndirməsinin daha yaxşı olacağını düşünürəm. Odur ki, bu layihə bizim strateji məqsədlərimizə açıq şəkildə uyğundur", deyə o vurğulayıb.
-
- Siyasət
- 18 Noyabr 2024 16:28
-
- İqtisadiyyat
- 18 Noyabr 2024 16:53
Siyasət
-
Yanvarın 23-də Azərbaycan Talışları İctimai Şurasının üzvü Hilal Məmmədov Dövlət Təhlükəsizliyi Xidmətinə çağırılıb. O, Turan-a bildirib ki, bu gün Dövlət Təhlükəsizliyi Xidməti Nizami rayon şöbəsinin əməkdaşları Dövlət Təhlükəsizliyi Xidmətinin Baş İstintaq İdarəsinin bildirişini ona gətiriblər.
-
Yanvarın 22-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Böyük Britaniyanın xarici işlər, ittifaq və inkişaf məsələləri üzrə dövlət katibi Devid Lemmi ilə telefonla danışıb.
-
“Kanal-11” Youtube kanalının rəhbəri Teymur Kərimovun işi üzrə məhkəmə iclaslarının protokolları saxtalaşdırılıb. Bu barədə onun bəyanatında deyilir. Bəyanatı Kərimovun həmkarları yayıblar.
-
Bakı şəhəri Nizami, Qaradağ və Binəqədi rayon prokurorluqlarının gördüyü tədbirlər nəticəsində bir sıra kənd təsərrüfatı məhsulları ixracatçılarının əldə etdikləri pul vəsaitləri ölkəyə qaytarılıb.
Rəy yaz