Dini icmalara 400 min manat pul ayrıldı
Bakı/11.09.18/Turan: Dövlət başçısı İlham Əliyev Azərbaycanda dini icmaların maddi-texniki təchizatının yaxşılaşdırılması ilə bağlı sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycanda dini icmaların maddi-texniki təchizatının yaxşılaşdırılması məqsədi ilə 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fonduna 400 min manat ayrılıb.
Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.
Xatırladaq ki, prezidentin sərəncamı ilə dini icmalara maddi yardım 2015-ci ildən ayrılır. -05D-
Siyasət
-
Azərbaycan prezidenti İlham Əliyev Almaniyanın Maqdeburq şəhərində baş vermiş faciəli hadisə ilə əlaqədar prezident Frank-Valter Ştaynmayerə başsağlığı verib.
-
Dövlət başçısının sərəncamı ilə Vüsal Aslanov "Bakı metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilib.
-
Narkotik maddə işi üzrə mühakimə olunmuş fəal İlhamiz Quliyev Umbakıdakı penitensiar kompleksdə saxlanma şəraitinin pis olmasından şikayət edib. Bu barədə Turan-a onun yaxınları bildiriblər.
-
Səkkiz dron Kazan şəhərinə hücum edərək sənaye müəssisəsini və yaşayış binalarını hədəfə aldı. Bu nadir hadisə Ukrayna ilə Rusiya arasındakı gərgin münaqişənin artmaqda olduğunu vurğulayır. Rəsmi məlumatlara görə, hələlik tələfat haqqında məlumat yoxdur.
Rəy yaz