Dindarlar Aşura günü müxtəlif yerlərdə qan verə biləcəklər
Bakı/11.09.18/Turan: Səhiyyə Nazirliyi Aşura günü (sentyabrın 20-də) dindarların qan verə biləcəyi donor məntəqələrinin ünvanlarını açıqlayıb.
Mənbənin məlumatına görə, bunu Bakıda və ölkənin regionlarında 24 məntəqədə etmək olar.
Müvəqqəti məntəqələr, demək olar ki, paytaxtın bütün məscidlərində, habelə Bakının bir sıra xəstəxana və poliklinikalarında yerləşdiriləcək.
Bundan başqa, Gəncədə İmamzadə kompleksində, habelə Lənkəran, Mingəçevir, Sumqayıt, Şəki, Şirvan, Bərdə, Biləsuvar, Xaçmaz, Masallının məscidlərində və ölkənin böyük şəhərlərinin xəstəxanalarında donor qanı vermək olacaq.
Verilmiş qan Mərkəzi Qan Bankına göndəriləcək və xəstəlik olub-olmadığı yoxlanılacaq.
Qeyd edək ki, qan verilməsi ənənəsi bir neçə il əvvəl zəncir və qılıncla özünüdöymə ayininin alternativi kimi təklif edilib.
Verilmiş qandan xəstələrin müalicəsi üçün istifadə olunacaq. -02D-
Cəmiyyət
-
Qazaxıstan Nəqliyyat Nazirliyinin "Azərbaycan Hava Yolları"nın (AZAL) Aktauda qəzaya uğrayan təyyarəsi ilə bağlı təhqiqata dair ilkin hesabatı bu məsələ ətrafında müzakirələri yenidən gündəmə daşıdı. Qəza Qazaxıstan ərazisində baş verdiyindən təhqiqatı da həmin ölkənin apardığı bildirilir.
-
Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi faktiki olaraq təsdiqləyib ki, Prezident İlham Əliyevin rəsmi təyyarəsi “Bakı-1” 25 dekabr tarixində Müstəqil Dövlətlər Birliyinin (MDB) qeyri-rəsmi sammitində iştirak etmək üçün Sankt-Peterburqa uçuş zamanı xarici texniki müdaxiləyə məruz qalıb. Bu açıqlama, hadisənin detalları və Rusiya hava məkanında GPS siqnalının itirilməsi ilə bağlı xəbərlər fonunda diqqət mərkəzinə düşüb.
-
Yardımlı rayonunun İranla sərhədində 20 kiloqram narkotik vasitə və psixotrop maddə aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupu bildirib.
-
Fevralın 6-da Bakıda və Abşeron yarımadasında günün birinci yarısında bəzi yerlərdə çiskinli yağış yağacaq. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
Rəy yaz