Dövlət Departamentində bildiriblər ki, Azərbaycan və Ermənistan "yaxın vaxtlarda" Vaşinqtonda danışıqları bərpa edəcəklər
Vaşinqton/22.06.23/Turan: Vaşinqton sərhəddə zorakılığın artması fonunda fikir ayrılıqlarını aradan qaldırmağa çalışaraq Azərbaycanla Ermənistan arasında Qarabağla bağlı danışıqların növbəti raundunu “yaxın vaxtlarda” planlaşdırmaq üzərində çalışır.
"Biz yaxın vaxtlarda Vaşinqtonda danışıqların növbəti raundunun keçirilməsini səbirsizliklə gözləyirik, belə ki tərəflər Cənubi Qafqaz regionunda dinc gələcəyə can atmağa davam edirlər”, - çərşənbə günü mətbuat brifinqində Dövlət Departamentinin rəsmi nümayəndəsinin birinci müavini Vedant Patel Turan-ın sualını cavablandırarkən bildirib.
Öncə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramovla Ararat Mirzoyanın ötən həftənin əvvəlində sülh danışıqları üçün Vaşinqtona səfər edəcəyi gözlənilirdi, lakin son anda səfər təxirə salınıb.
"Biz əvvəlkitək hesab edirik ki, birbaşa dialoq problemlərin həlli, davamlı və layiqli sülhə nail olmaq üçün açardır...", - Patel əlavə edib. «...Biz əvvəlkitək hesab edirik ki, gərginliyi qızışdıracaq və artıracaq addımlar, şübhəsiz ki, indi səmərəsizdir, çünki Ermənistanla Azərbaycan arasında danışıqlar müxtəlif meydançalarda aparılır. Odur ki, biz bununla məşğul olmağa davam edəcəyik və tezliklə danışıqların daha bir raundunun keçiriləcəyini səbirsizliklə gözləyirik".
Vaşinqtonun vasitəçilik səylərini azaltmaq üçün Rusiyanın xarici işlər naziri Sergey Lavrovun son cəhdlərilə bağlı sualın cavabında Patel ümumilikdə deyib ki, ABŞ sülh prosesində "mühüm tərəfdaş" olub və əgər Rusiya bunda konstruktiv rol oynaya biləcəyini hesab edirsə, "əlbəttə ki, alqışlanır, amma biz bu danışıqların irəlilədiyini, onların davam etdiyini hiss etməyə davam edirik ...»
Sonra o dəqiqləşdirib: "Dövlət katibi şəxsən bununla məşğul olub. Aleks, mən bilirəm ki, siz bu məsələlərin üzərində işləmisiniz və onları çox yaxından izləmisiniz, həm katib, həm də işgüzar səviyyədə baş verən qarşılıqlı əlaqələrin sayını bilirsiniz və bütün bunların hamısı o faktı əks etdirir ki, birbaşa dialoq bu problemi həll etmək, davamlı və layiqli sülhə nail olmaq üçün açardır”.
"Və biz də bu prosesdə dialoqun əvəzlənə bilməyəcəyini düşünməyə davam edirik", - Patel fikrini yekunlaşdırıb.
Aleks Raufoğlu
Siyasət
-
Noyabrın 23-də Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirildiyi məkanda müxtəlif ölkələrdən olan ekofəlallr liderlərin kifayət qədər iqlim maliyyəsi ödənilməsi barədə razılığa gələ bilməməsinə etiraz olaraq aksiya keçirib.
-
Bakıda COP29 iqlim konfransının bağlanışı ərəfəsində Beynəlxalq Jurnalistləri Müdafiə Komitəsi Azərbaycanda həbs olunmuş jurnalistlərin cinayət işlərinə diqqəti yönəldib.
-
Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) 29-cu sessiyası üzrə danışıqlar 24 noyabr tarixinə qədər uzadılıb. Bu barədə UNFCCC Katibliyindən bir mənbə Turan informasiya agentliyinə məlumat verib. Mənbənin sözlərinə görə, iştirakçılar həmin tarixə qədər yekun sənədləri razılaşdırıb imzalamağı planlaşdırırlar.
-
Türkiyənin “Sabah” qəzetinin məlumatına görə, İstanbul prokurorluğunun Qaçaqmalçılığa Qarşı Mübarizə İdarəsinin əməkdaşları Azərbaycan vətəndaşını böyük miqdarda qızılla saxlayıblar.
Rəy yaz