Erməni silahlıların məhkəməsi başlayır
Bakı/07.06.21/Turan: Erməni silahlıların məhkəməsi başlayır. Bununla bağlı Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq iyunun 7-də birgə məlumat yayıb.
Məlumatda deyilir ki, ötən il noyabrın 26-27-də Azərbaycana qanunsuz olaraq gizli yollarla keçməklə Xocavənd rayonunun Hadrut qəsəbəsində meşəlik ərazidə mövqe tutaraq hərbi qulluqçulara və mülki şəxslərə qarşı terror-təxribat və digər cinayət əməlləri törədən erməni silahlı dəstələrinin tərksilah edilmiş üzvləri barəsində cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
Onların qanunsuz şəkildə odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə edərək qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələr yaratdıqları deyilir.
Məlumatda qeyd olunur ki, silahlı dəstə üzvləri Azərbaycanın dövlət sərhədini qanunsuz olaraq mütəşəkkil dəstə halında keçməklə dekabrın 13-dək ölkə ərazisində yerləşən müəssisə, idarə, təşkilatlara, habelə ayrı-ayrı şəxslərə silahlı basqınlar ediblər, ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, Azərbaycan hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına, əmlakına zərər vurulması üçün partlayış, yanğın və digər terror əməlləri törədiblər.
Daha öncə silahlı dəstənin 14 üzvü barəsində cinayət işinin istintaqının yekunlaşdırılaraq məhkəməyə göndərildiyi xəbər verilmişdi.
Məlumatda deyilir ki, qanunsuz silahlı birləşmənin digər üzvlərinin - Hovanesyan Haykaz, Manukyan Varazdat, Stepanyan David, Tosunyan Levan və qeyrilərinin, ümumilikdə 13 təqsirləndirilən şəxslə bağlı cinayət işinin istintaqı yekunlaşdırılıb və baxılması üçün məhkəməyə göndərilib.
Onlar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3-cü (terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 228.3-cü (mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və gəzdirmə), 279.2-ci (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların tərkibində müəssisələrə, idarələrə, təşkilatlara və ya ayrı-ayrı şəxslərə basqın etmə) və 318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunurlar.—06D-
Siyasət
-
Yanvarın 16-da Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistanı ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın 11-ci görüşündə Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası istiqamətləri müəyyən edilib. Bu barədə Azərbaycanın Ermənistanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının məlumatında deyilir.
-
“USAİD-in 2024-cü il 1 iyul tarixindən Azərbaycanda fəaliyyət göstərməsi de-yure mümkün deyil”, - Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bugünkü mətbuat konfransında bildirib.
-
Azərbaycan və Gürcüstan hər zaman regionda sülhün və sabitliyin tərəfdarı olublar,- cümə axşamı Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.
-
Azərbaycan Xalq Cəbhəsi Partiyası Lənkəran şöbəsinin fəalı Ramil Eynəliyev "polisə tabe olmamaq" ittihamı ilə inzibati qaydada 30 sutka həbs edilib.
Ermənistan- ABŞ sazişi. İsrail- HƏMAS atəşkəsi. Rusiya təklənir? – Rauf Mirqədirov Çətin sualda
Xəbər lenti
-
- Cəmiyyət,
- 13:04
- 318
Rəy yaz