Ermənilər helikopter pilotlarının cəsədlərini kəlbəcərlilərlə dəyişməkdən imtina edir
Yerevan/20.11.14/Turan-Armİnfo: Ermənistan tərəfi vurulmuş helikopterin pilotlarının cəsədlərini “Kəlbəcər diversiyaçıları” ilə dəyişmək niyyətində deyil, bu barədə bu gün Ermənistanın müdafiə naziri Seyran Ohanyan bildirib.
Onun sözlərinə görə, “diversiyaçılar” cinayətkardırlar və qanun çərçivəsində cəza çəkməlidirlər.
Ohanyan həmçinin qeyd edib ki, hazırda Yerevan vurulmuş Mi-24 helikopteri ətrafında böhranın diplomatik həlli istiqamətində fəal işləyir.
“Əlbəttə, bu variant işləməsə, bizim başqa vasitələrimiz də var”, deyə o bildirib. -02D-
-
- İqtisadiyyat
- 20 Noyabr 2014 16:27
Siyasət
-
İnsan Hüquqları Müdafiəçilərinin Müdafiəsi Rəsədxanası (OPHRD) azərbaycanlı hüquq müdafiəçisi Rüfət Səfərovun həbsini pisləyib və ona qarşı ittihamların dərhal ləğv edilərək sərbəst buraxılmasına çağırıb.
-
Dekabrın 21-də Müsavat Partiyasının qərargahında mərhum ictimai fəal Nərgiz Yaqublunun adına təsis olunmuş mükafatın təqdimatı keçirilib. Mükafat hazırda həbsdə olan "III Respublika Platforması"nın (Resplatforma) spikeri Akif Qurbanova təqdim olunub. Müsavat Partiyasının başqanı İsa Qəmbər Qurbanovun Azərbaycanda demokratik, cümhuriyyət dəyərlərinin bərqərar olması uğrunda apardığı ardıcıl mübarizəyə görə bu mükafata layiq olduğunu deyib.
-
Dövlət Departamentinin sözçüsü TURANa bildirib ki, Birləşmiş Ştatlar Gürcüstanda demokratiyanı sarsıtmaqda günahkar olan daha on məmura viza qadağası qoyacaq və bununla da onların ümumi sayı 100-dən çox olacaq.
-
Azərbaycan prezidenti İlham Əliyev Almaniyanın Maqdeburq şəhərində baş vermiş faciəli hadisə ilə əlaqədar prezident Frank-Valter Ştaynmayerə başsağlığı verib.
Rəy yaz