Ermənistan keçmiş müdafiə naziri David Tonoyan saxlanılıb
Bakı/29.09.21/Turan: Ermənistanda keçmiş müdafiə naziri David Tonoyan saxlanılıb, bu barədə yerli KİV-lər məlumat yayıb. “Qrapark” nəşrinin məlumatına görə, Tonoyan həbs ediləcək.
Mənbənin məlumatına görə, “növbədə” digər sabiq nazir – Seyran Ohanyan və Ermənistan Silahlı Qüvvələrinin keçmiş Baş Qərargah rəisi Yuri Xaçaturov var.
Ötən şənbə Ermənistanın Milli Təhlükəsizlik Xidməti Müdafiə Nazirliyinin keçmiş idarə rəisinin Tonoyanın nazir olduğu dövrdə dələduzluq törətmək ittihamı ilə həbs edildiyi barədə məlumat yayıb. -02D-
-
- Siyasət
- 29 Sentyabr 2021 18:04
Siyasət
-
Müstəqil jurnalist Xanım Mustafayeva yanvarın 11-də Azərbaycandan xaricə gedə bilməyib. Bakı hava limanında ona bildiriblər ki, qadağa Azərbaycanın Daxili İşlər Nazirliyi tərəfindən qoyulub. Lakin jurnalistin hüquqlarının məhdudlaşdırılmasının səbəbləri ona izah edilməyib.
-
Məşhur iqtisadçı və siyasi xadim Qubad İbadoğlunun ev dustaqlığına buraxıldıqdan sonra hüquqlarını daha da məhdudlaşdırırılıb. Onun şəxsiyyət vəsiqəsi fəaliyyətsiz edilib.
-
Yanvarın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində Demokratik Qüvvələrin Milli Şurasının və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun işi üzrə növbəti iclas gərgin atmosferdə keçib.
-
Cənubi Kaliforniyada yanvarın 7-də başlamış yanğını lokallaşdırmaq mümkün olmayıb. ABŞ prezidenti Co Bayden genişmiqyaslı təbii fəlakət rejiminin tətbiq edildiyini açıqlayıb.
Rəy yaz