Açiq mənbələrdən foto.
Ermənistan məhkəməsi Azərbaycan əsgərini 20 il müddətinə azadlıqdan məhrum edib
Bakı/21.06.23/Turan: Ermənistanda məhkəmə azərbaycanlı hərbçi Hüseyn Axundovu 20 il müddətinə azadlıqdan məhrum edib.
Axundov digər əsgər Aqşin Bəbirovla birlikdə aprel ayında əlverişsiz hava şəraitində Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu istiqamətində azaraq Ermənistan ərazisinə keçiblər.
Əsgərlərin hər ikisi Ermənistanda həbs edilib və onlara “silahla sərhədi qanunsuz keçmək” maddəsi ilə ittiham irəli sürülüb. Axundova həm də da “Zəngəzur mis-molibden zavodunun “ gözətçisini öldürməkdə” ittiham olunub”.
Saxlanıldıqdan sonra Axundov ağır döyülərək işgəncələrə məruz qalıb və bunun video sübutü erməni sosial şəbəkə istifadəçiləri tərəfindən yayılıb.
Bundan əvvəl Bəbirov 11,5 il müddətinə azadlıqdan məhrum edilib.—06D-
-
- Cəmiyyət
- 21 İyun 2023 18:04
Siyasət
-
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Xəzər rayonu şöbəsinin fəalı Əlisahib Kərimov yanvarın 10-da Nizami metrostansiyasında saxlanılaraq Yasamal Rayon Məhkəməsinin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin polisin qanuni tələbinə tabe olmamaq maddəsi ilə günahlandırlaraq 30 sutka inzibati həbsə məhkum edilib.
-
Müstəqil jurnalist Xanım Mustafayeva yanvarın 11-də Azərbaycandan xaricə gedə bilməyib. Bakı hava limanında ona bildiriblər ki, qadağa Azərbaycanın Daxili İşlər Nazirliyi tərəfindən qoyulub. Lakin jurnalistin hüquqlarının məhdudlaşdırılmasının səbəbləri ona izah edilməyib.
-
Məşhur iqtisadçı və siyasi xadim Qubad İbadoğlunun ev dustaqlığına buraxıldıqdan sonra hüquqlarını daha da məhdudlaşdırırılıb. Onun şəxsiyyət vəsiqəsi fəaliyyətsiz edilib.
-
Yanvarın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində Demokratik Qüvvələrin Milli Şurasının və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun işi üzrə növbəti iclas gərgin atmosferdə keçib.
Rəy yaz