Açiq mənbələrdən foto.
Ermənistan xarici işlər nazirlərinin Moskvada keçiriləcək üçtərəfli görüşündən imtina edib
Bakı/22.12.22/Turan: Rusiyanın xarici işlər naziri Sergey Lavrov və onun azərbaycanlı həmkarı Ceyhun Bayramov Yerevanın Ermənistan və Azərbaycan arasında sülh ilə bağlı dekabrın 23-də Moskvada keçirilməsi nəzərdə tutulan danışıqlarda iştirakdan imtina etməsindən təəssüfləndiklərini bildiriblər.
Bu barədə cümə axşamı Rusiya Xarici İşlər Nazirliyinin Rusiya Federasiyası və Azərbaycan xarici işlər nazirləri arasında telefon danışığının yekunlarına dair bəyanatında deyilir.
Nazirlər Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il, habelə 31 oktyabr 2022-ci il tarixli üçtərəfli bəyanatlarının icrası üzrə ritmik işin davam etdirilməsinin vacibliyini vurğulayıblar.
Xatırladaq ki, dekabrın 23-də Azərbaycan, Ermənistan və Rusiya Federasiyası xarici işlər nazirlərinin üçtərəfli görüşünün keçiriləcəyi anons edilib. Həmin gün Sankt-Peterburqda MDB-nin qeyri-rəsmi sammitində Nikol Paşinyanın prezident İlham Əliyevlə görüşü gözlənilir.06B
Siyasət
-
Moldova Xarici İşlər Nazirliyi mədəniyyət mərkəzlərinin yaradılması və fəaliyyət göstərməsi ilə bağlı 1998-ci il tarixli Moldova-Rusiya sazişinə birtərəfli qaydada xitam verilməsi barədə qərar qəbul edib.
-
Dövlət başçısının sərəncamı ilə Rüfət Mahmud “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarə Heyətinin sədri təyin edilib.
-
Fevralın 13-də Apellyasiya Məhkəməsi jurnalist Şahnaz Bəylərqızının həbsilə bağlı Xətai Rayon Məhkəməsinin qərarından müdafiə tərəfinin şikayətini təmin etməyib.
-
Azərbaycan "Sputnik-Azərbaycan" və BBC News Azərbaycanca redaksiyalarının işini məhdudlaşdıracaq. Bu barədə fevralın 13-də hökumətyönlü KİV məlumatlı mənbəyə istinadən bildirib.
Rəy yaz