Геворк Костанян
Ermənistanın baş prokuroru: “Bakı Yerevandan 50 milyard dollar məbləğində kompensasiya tələb edir”
Bakı/12.11.20/Turan: Ermənistanın keçmiş baş prokuroru və Ermənistanın Avropa İnsan Hüquqları Məhkəməsində keçmiş nümayəndəsi Qevork Kostanyan bildirib ki, Azərbaycan işğal olunmuş ərazilərə dəyən zərərə görə kompensasiya ödənilməsi ilə bağlı Ermənistana qarşı iddia hazırlayıb.
Onun sözlərinə görə, iddia hələ 2 il əvvəl hazır idi, lakin təqdim edilməmişdi, çünki maddi sübutlar lazım idi.
"Onlar bu iddianı təqdim edə bilmirdilər, çünki Ermənistanın cavabdeh subyekt olması barədə kifayət qədər sübutları yox idi. Onlar beynəlxalq təşkilat tutublar və o, Azərbaycana dəymiş zərəri 50 milyard dollardan çox qiymətləndirib. Bu günlərdə Azərbaycan bildirib ki, gerçəkdən Ermənistana qarşı bu cür iddia hazırlayacaq”, - Kostanyan qeyd edib.
Paşinyan noyabrın 10-da məlum sənədi imzaladıqdan sonra təsdqləyib ki, Ermənistan qaytarılan rayonlardakı vəziyyətə görə məsuliyyət daşıyır.
“Əgər biz vaxtında savadlı hüquqi əks-zərbə endirməsək Nikol Paşinyanın imzaladığı rüsvayçı sənəd bizim üçün ciddi maliyyə problemlərinin yaranmasına gətirib çıxaracaq ki, bunu hətta nəslimiz də ödəyə bilməyəcək", - Kostanyan hesab edir. O, Paşinyanın istefasına, onun imzaladığı sənədin və ondan irəli gələn öhdəliklərin etibarsız sayılmasına çağırıb.-02D-
-
- Siyasət
- 12 Noyabr 2020 16:32
Siyasət
-
Azərbaycan prezidenti İlham Əliyev Almaniyanın Maqdeburq şəhərində baş vermiş faciəli hadisə ilə əlaqədar prezident Frank-Valter Ştaynmayerə başsağlığı verib.
-
Dövlət başçısının sərəncamı ilə Vüsal Aslanov "Bakı metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilib.
-
Narkotik maddə işi üzrə mühakimə olunmuş fəal İlhamiz Quliyev Umbakıdakı penitensiar kompleksdə saxlanma şəraitinin pis olmasından şikayət edib. Bu barədə Turan-a onun yaxınları bildiriblər.
-
Səkkiz dron Kazan şəhərinə hücum edərək sənaye müəssisəsini və yaşayış binalarını hədəfə aldı. Bu nadir hadisə Ukrayna ilə Rusiya arasındakı gərgin münaqişənin artmaqda olduğunu vurğulayır. Rəsmi məlumatlara görə, hələlik tələfat haqqında məlumat yoxdur.
Rəy yaz