Gürcüstanda etirazlar zamanı bir çox jurnalistlər yaralanıblar
Bakı/22.06.19/Turan: "Sərhədsiz Reportyorlar" (RSF) Gürcüstan hakimiyyətini iyunun 20-nə keçən gecə Tbilisidə etiraz aksiyası zamanı jurnalistlərə qarşı zorakılığı araşdırmağa və KİV işçilərinə qarşı güc tətbiq etməkdən imtina etməyə çağırıb.
Polis və etirazçılar arasında qarşıdurmalar zamanı bir çox jurnalistlər əsasə n polis tərəfindən buraxılmış rezin güllələrdən yaralanıblar. Yerli QHT-lərin məlumatına görə, 30-a yaxın jurnalist və KİV işçisi yaralanıb və onlardan ikisinin təcili əməliyyata ehtiyacı olub.
Qurbanlar arasında fotoqraf Quram Muradov da olub. Ona 10 rezin güllə dəyib. Bəzi jurnalistlər etirazçılar tərəfindən döyülüb. Atılmış daş "Reyter"in reportyoru Maki Antidzenin qabırğasını qırıb.
Gürcüstanlı jurnalistlər DİN-in qərargah-mənzili qarşısında aksiya keçirib, yaralı həmkarları üçün ədalət tələb ediblər. -02D-
Siyasət
-
Rusiya və İran prezidentləri Vladimir Putin və Məsud Pezeşkian yanvarın 17-də Moskvada danışıqlar aparacaqlar və mətbuata açıqlama verəcəklər, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
-
Yanvarın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə ictimai fəal Nicat İbrahimin cinayət işi üzrə məhkəmənin hazırlıq iclasında Nicat İbrahim "qanunsuz" həbsinə və məhkəmənin gedişinə etiraz olaraq məhkəmə zalında saxlanıldığı şüşə qəfəsə başı ilə zərbələr endirərək intihara cəhd edib.
-
Beynəlxalq Narahat Alimlər Komitəsi həbs edilmiş tədqiqatçı İqbal Əbilovun azad edilməsinə köməklik göstərmək xahişi ilə Azərbaycan prezidenti İlham Əliyevə müraciət edib.
-
Gürcüstanın XİN başçısı Maka Boçorişvili dünən Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyevlə görüşüb.
Rəy yaz