Rusiya öz turistlərini Gürcüstandan təxliyyə edir
Bakı/22.06.19/Turan: Bütün mütəşəkkil Rusiyalı turistlər iyulun 8-nə qədər plana uyğun şəkildə və ya istənilən digər mümkün reyslərlə Gürcüstandan çıxarılmalıdır, bu barədə RİA-Novosti-yə Rusiya Turizm Sənayesi İttifaqının mətbuat katibi İrina Tyurina bildirib.
"Gürcüstanla aviasiya əlaqələri dayandırılana qədər 2 həftədən çox vaxt keçəcək və bu ölkədə istirahət edən əksər insanlar, yəqin ki, plana uyğun şəkildə oradan gedəcəklər. Turistlərdən istirahətini yarımçıq qoymaq istəməyən olarsa, onlar dönüş biletlərini özləri alacaqlar", deyə o bildirib.
Gürcüstana artıq yeni turistlər getməyəcək, belə ki, turizm operatorlarına tur satışlarını dayandırmaq tövsiyə olunub, deyə Tyurina bildirib.
Rusiya Turizm Operatorları Assosiasiyasının icraçı direktoru Mayya Lomidze RİA Novosti-yə bildirib ki, turistlər ya tam təzminata, ya da, istirahətləri yarımçıq qalıbsa, qismi təzminata ümid edə bilərlər.
Xatırladaq ki, Rusiya prezidenti iyunun 21-də Rusiya aviaşirkətlərinin Gürcüstana sərnişin daşımasının qadağan edilməsi haqqında fərman imzalayıb.
Kremlin addımları əhalinin döyüş əməliyyatları zonasından təxliyyəsini xatırladır. Bu qədər nümayişkaranə addımları Gürcüstanda son iğtişaşlar və anti-Rusiya əhval-ruhiyyəsi ilə izah etmək çətindir.
Uçuşların dayandırılması Gürcüstana səfərlərin qadağan edilməsi demək deyil, buna görə bir çox turistlər qonşu ölkələrdən, o cümlədən Azərbaycandan oraya gedə bilərlər. -02D-
Siyasət
-
Həbsdə olan iqtisadçı alim Fazil Qasımov noyabrın 16-da ailəsi ilə telefon danışığının kəsilməsinə etiraz etdiyinə görə təzyiqə məruz qalıb.
-
Yerevanda rəsmi səfərdə olan Polşa prezidenti Andjey Duda Qafqazda sülh və sabitliyin zəruri olduğunu deyib.
-
NATO Baş katibinin əməliyyatlar üzrə köməkçisinin müavini Burcu Sanın rəhbərlik etdiyi nümayəndə heyəti Bakıya səfərə gəlib, bu barədə Müdafiə Nazirliyinin məlumatında deyilir.
-
Polkovnik-leytenant Qəhrəman Məmmədov qaçaqmalçılıq ittihamı ilə həbs olunub. KİV-in məlumatına görə, o, Türkiyədə üzərində 70 kq qızıl ilə saxlanılıb.
Rəy yaz