Ilham Aliyev and Seyyed Ebrahim Raisi
İran Zəngəzur dəhlizini dəstəkləyir
Bakı/29.11.21/Turan: Bazar günü Aşqabadda İran və Azərbaycan prezidentlərinin görüşü zamanı Raisi həmçinin xatırladıb ki, Qarabağ məsələsində Tehranın "açıq və birmənalı mövqeyi olub". "Ali rəhbərdən dövlət qurumlarının məmurlarına qədər hamı o mövqedə olub ki, Azərbaycanın ərazi bütövlüyü təmin edilməlidir”, - o deyib.
Öz növbəsində İlham Əliyev deyib ki, Azərbaycan İranla münasibətlərə böyük önəm. "Bu, bizim ilk görüşümüzdür. Əminəm ki, bu görüş Azərbaycan-İran əlaqələrinə güclü təkan verəcək", - IRNA Agentliyi Əliyevdən sitat gətirir.
Mənbənin məlumatına görə, prezidentlər Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizini, həmçinin Zəngəzur nəqliyyat dəhlizi çərçivəsində əməkdaşlığı müzakirə ediblər. Qeyd olunub ki, Zəngəzur dəhlizinin yaradılması İrana da sərfəlidir. Həmçinin Azərbaycan, Rusiya, İran enerji dəhlizinin yaradılması müzakirə olunub. -0-
Siyasət
-
Yanvarın 21-də Azərbaycan Prezidenti İlham Əliyev Davos İqtisadi Forumunda iştirakı çərçivəsində İsrail Dövlətinin Prezidenti İsaak Hersoq ilə görüşüb.
-
Yanvarın 21-də Azərbaycan Prezidenti İlham Əliyev Davos İqtisadi Forumu çərçivəsində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə görüşüb.
-
Yanvarın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində Abzas Media nəşrinin işi üzrə proses davam edib. Məhkəmə nəşrin direktoru Ülvi Həsənlinin ifadəsini dinləyib. O, ona qarşı irəli sürülmüş ittihamları rədd edib.
-
Görünür, Kremlin ABŞ-da Donald Trampın hakimiyyətə gəlişinin Rusiya üçün sərfəli olacağı haqqında ümidləri özünü doğrultmayıb.
Rəy yaz