JMK Turan-a təzyiqlərə son qoyulmasını tələb edir
Nyu- York/18.08.17/Turan: Nyu- Yorkda yerləşən Jurnalistlərin Müdafiə Komitəsi (JMK) Azərbaycan hakimiyyətini ölkənin yeganə müstəqil informasiya agentliyi olan Turan-a təzyiqlərin dayandırılmasına və agentliyin normal fəaliyyəti üçün şəraitin yaradılmasına çağırır.
"Azərbaycan hökuməti dəfələrlə müstəqil və müxalifətyönlü medianı susdurmaq üçün siyasi motivli cinayət ittihamlarından silah kimi istifadə edib. Biz Azərbaycan hakimiyyətini Turan İnformasiya Agentliyinə qarşı siyasi motivli istintaqı dayandırmağa və müstəqil jurnalistləri "qanun pərdəsi" altında qorxutmağı dayandırmağa çağırırıq", - JMK-nin Mərkəzi Asiya üzrə koordinatoru Nina Ognianova bildirib.
Vergilər Nazirliyi Turan-a qarşı cinayət istintaqına başlayıb və bildirib ki, agentlik 37 min manat vergidən yayınıb.
Avqustun 16-da agentliyin ofisində axtarış aparılıb, sənədlər və elekron daşıyıcılar götürülüb. Turan vergidən yayınma barədə fikirləri qəti şəkildə inkar edir, istintaqı qərəzli sayır və öz peşə fəaliyyətilə əlaqələndirir. Agentlik Vergilər Nazirliyinin qərarından məhkəməyə şikayət verib.-16D06-
-
- İqtisadiyyat
- 18 Avqust 2017 13:53
Siyasət
-
Noyabrın 23-də Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirildiyi məkanda müxtəlif ölkələrdən olan ekofəlallr liderlərin kifayət qədər iqlim maliyyəsi ödənilməsi barədə razılığa gələ bilməməsinə etiraz olaraq aksiya keçirib.
-
Bakıda COP29 iqlim konfransının bağlanışı ərəfəsində Beynəlxalq Jurnalistləri Müdafiə Komitəsi Azərbaycanda həbs olunmuş jurnalistlərin cinayət işlərinə diqqəti yönəldib.
-
Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) 29-cu sessiyası üzrə danışıqlar 24 noyabr tarixinə qədər uzadılıb. Bu barədə UNFCCC Katibliyindən bir mənbə Turan informasiya agentliyinə məlumat verib. Mənbənin sözlərinə görə, iştirakçılar həmin tarixə qədər yekun sənədləri razılaşdırıb imzalamağı planlaşdırırlar.
-
Türkiyənin “Sabah” qəzetinin məlumatına görə, İstanbul prokurorluğunun Qaçaqmalçılığa Qarşı Mübarizə İdarəsinin əməkdaşları Azərbaycan vətəndaşını böyük miqdarda qızılla saxlayıblar.
Rəy yaz