AzTV-nin birgünlük şirkətlərə əməkdaşlığı davam edir
Bakı/18.08.17/Turan: AzTV QSC Dövlət Teleradio Şirkəti mal, iş, xidmət satınalması üzrə bir neçə tenderin nəticələrini açıqlayıb. Onların bir çoxunda birgünlük şirkətlər qalib gəlib.
"TV-Media Azerbaijan" MMC 3 fevral 2017-ci ildə yaradılıb. Artıq fevralın 23-də verilişlərin bədii tərtibatı üçün AzTV ilə müqavilə imzalayıb. Müqavilənin qiyməti 49 min manatdır. Tender komissiyasının üzvü, mühasibatlığıın əməkdaşı İlham Mirzəliyev bunu həmin şirkətin əməkdaşlarının yüksək peşə hazırlığı ilə izah edir. "Şirkət müqavilədə nəzərdə tutulan işi başa çatdırıb və tərəflər təhvil-təslim üzrə protokol imzalayıb".
"Bizness-Elit" və "İnteqral-KS" iki tenderdə qalib gəlib. AzTV-nin məlumatına görə, bu şirkətlər Dövlət Teleradio Şirkətinə təsərrüfat malları (42 min 883 manat) və kartric (49 min 425 manat) tədarük edib. Hər iki şirkət 2016-cı ilin dekabrında Lənkəranın Girdeni kəndində yaradılıb. Vergilər Nazirliyinin məlumatına görə, yaradılan zaman bu şirkətlərin rəhbəri Cəbrail Həsənov olub, indi onların direktoru Natiq Qasımovdur
"Merkator İncorporated" şirkəti 2016-cı ilin martında İsmayıllının Basqal kəndində yaradılıb. Onun ictimaiyyətə yeganə məlum işi AzTV-yə 49 min 590 manatlıq elektrik avadanlğı tədarüküdür. AzTV ilə 11 min 760 manatlıq təcrübə-təftiş işlər üzrə müqavilə bağlayan "Energu Test Service" MMC haqda da məlumat yoxdur. Dövlətstandartkomun reyestrində bu şirkətin akkreditasiyası haqda informasiya verilməyib.
Əvvəllər media mütəxəssisləri dövlət şirkətini saxta şirkətlərlə milyonlarla dövlət vəsaitini talan etməkdə ittiham edib. Bir sıra hallarda iş məhkəmə araşdırmalarına kimi gedib (http://www.moderator.az/news/126607.html). 08B
İqtisadiyyat
-
Azərbaycanın ADY Express şirkəti, "Azərbaycan Dəmir Yolları" QSC-nin törəmə müəssisəsi, Türkiyənin İstanbul şəhərində keçirilən Logitrans Türkiye 2024 sərgisi çərçivəsində Orta Dəhliz boyunca yükdaşıma xidmətlərinin genişləndirilməsi öhdəliyini təsdiqləyən bir sıra strateji sazişlər imzalayıb.
-
Azərbaycan qarşıdakı 4-5 il ərzində ümumi gücü 350 MVt olan ən müasir yaşıl enerji saxlama obyektləri yaratmağı planlaşdırır. Bu barədə Turan-a məlumatlı mənbə Energetika Nazirliyindən bildirib.
-
Xəzər qaz-kondensat "Abşeron" layihəsinin səhmdarları dekabr ayında tammiqyaslı inkişaf üçün əsas olan Front End Engineering Design (FEED) sənədini təsdiqləməyi planlaşdırırlar, bu barədə məlumatlı mənbə Turan-a bildirib.
-
2024-cü ildə Avropa Azərbaycandan təxminən 12,5 milyard kubmetr qaz alacaq və alıcı ölkələrin sayı 12-yə çatacaq. Cümə günü İstanbulda keçirilən enerji forumunda SOCAR-ın prezidenti Rövşən Nəcəf dekabr ayında 12-ci, yeni qaz alıcısı ilə əməkdaşlığın başlayacağını elan etdi.
Rəy yaz