Açiq mənbələrdən foto.
KİV: Avqustun sonuna qədər ermənilər Laçını azad etməlidirlər
Bakı/04.08.22/Turan: Sülhməramlıların vasitəçiliyilə razılaşma əldə olunub ki, avqustun sonuna qədər ermənilər Laçını azad etməlidirlər. Bu barədə avqustun 4-də Ermənistan KİV-ləri Qarabağdakı mənbələrə istinadən məlumat yayıblar.
Göstərilən tarixə qədər erməni tərəfi Laçından yan keçməklə yol çəkməyi öhdəsinə götürür - bu, yolun Kornidzor kəndindən Azərbaycanla sərhədə qədər olan yolun 3 kilometrlik hissəsidir, buradan indiki Laçın dəhlizinə alternativ yol başlayır.
Ermənistanın infrastruktur naziri Qnel Sanosyanın bəyanatı bu məlumatı dolayısı ilə təsdiqləyir. "Yol tikilir, proses üç hissəyə bölünüb. Yaza qədər yolun tikintisi başa çatdırılacaq", - o, Laçından yan keçməklə yolun çəkilib-çəkilməyəcəyilə bağlı sualın cavabında jurnalistlərə deyib. 02D
-
- Sual-cavab
- 4 Avqust 2022 22:50
Siyasət
-
Moldova Xarici İşlər Nazirliyi mədəniyyət mərkəzlərinin yaradılması və fəaliyyət göstərməsi ilə bağlı 1998-ci il tarixli Moldova-Rusiya sazişinə birtərəfli qaydada xitam verilməsi barədə qərar qəbul edib.
-
Dövlət başçısının sərəncamı ilə Rüfət Mahmud “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarə Heyətinin sədri təyin edilib.
-
Fevralın 13-də Apellyasiya Məhkəməsi jurnalist Şahnaz Bəylərqızının həbsilə bağlı Xətai Rayon Məhkəməsinin qərarından müdafiə tərəfinin şikayətini təmin etməyib.
-
Azərbaycan "Sputnik-Azərbaycan" və BBC News Azərbaycanca redaksiyalarının işini məhdudlaşdıracaq. Bu barədə fevralın 13-də hökumətyönlü KİV məlumatlı mənbəyə istinadən bildirib.
Rəy yaz