Açiq mənbələrdən foto.
Laçın yolunda aksiyanın 58-ci günü
Bakı/07.02.23/Turan: Fevralın 7-də Qırmızı Xaç Komitəsinin maşınları ilə Qarabağdan Ermənistana altı xəstə erməni aparılıb. Xəbəri Ermənistan KİV-ləri yayıb. Bu günə qədər Qırmızı Xaç Komitəsi Qarabağdan Ermənistan xəstəxanalarına 76 xəstə aparıb.
Elə bu gün Rusiya sülhməramlılarının karvanı Laçın yolu ilə Xankəndindən Laçına gedib. Hər hansı insident qeydə alınmayıb.
Xatırladaq ki, Laçın yolunda Azərbaycan vətəndaş fəallarının aksiyası 58 gündür davam edir. Fəallar Qarabağın ermənilər yaşayan ərazisi üzərində Azərbaycanın suverenliyinin bərpa olunmasını tələb edirlər. 02D
Siyasət
-
Bakıdakı Rus Evi ətrafında sosial şəbəkələrdə yayılan dezinformasiyalar Rusiya-Azərbaycan münasibətlərinə xələl gətirmək məqsədi daşıyır.
-
Baş Prokurorluq Bakının Qaradağ, Binəqədi və Xəzər rayonlarında, həmçinin Tərtər rayonunda qanunsuz hasilat aparılması və torpaq sahəsinin qanunsuz zəbt edilməsi faktları üzrə araşdırma aparıb.
-
“Abzas Media” nəşrinin işilə əlaqədar fevralın 11-nə təyin olunmuş növbəti məhkəmə iclası keçirilməyib.
-
Fevralın 11-də prezident İlham Əliyev “Azərbaycan Respublikası hökuməti ilə Rusiya Federasiyası hökuməti arasında “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi ilə tranzit yük daşımalarının inkişafı məqsədilə əməkdaşlıq haqqında saziş”i təsdiq edib.
Rəy yaz