Açiq mənbələrdən foto.
Laçında quru qoşunlarının təlimi
Bakı/19.10.21/Turan: Oktyabrın 19-da Laçın rayonunda Azərbaycan Silahlı Qüvvələrinin komanda-qərargah təlimi başlayıb. Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, təlim kommunikasiya vasitələrinin geniş tətbiqi ilə ərazi, xəritə və ərazinin maketi üzərində icra olunur.
“Komanda-qərargah təlimində müasir idarəetmə üsullarının icra edilməsilə Quru Qoşunlarının digər qoşun növləri ilə qarşılıqlı əlaqədə fəaliyyəti yoxlanılır”, deyə məlumatda bildirilir.
Təlimin konkret olaraq harada keçirildiyi, təlimə cəlb edilmiş qoşun və texnika sayı barədə məlumat verilmir.
Xatırladaq ki, Laçın rayonu Qarabağ və Ermənistan ərazisi arasında yerləşir. İkinci Qarabağ müharibəsi nəticəsində bütün rayon Bakının nəzarəti altına keçib. Hazırda rayon mərkəzi – Laçın şəhəri, eləcə də Laçın dəhlizi - Qarabağdan Ermənistana gedən yol Rusiya sülhməramlılarının nəzarəti altındadır. Üçtərəfli sazişə əsasən, iki il sonra Laçın Azərbaycana qaytarılacaq, bu zaman Laçın dəhlizinin marşrutu dəyişdiriləcək. -02D-
-
- Cəmiyyət
- 19 Oktyabr 2021 11:42
Siyasət
-
Moldova Xarici İşlər Nazirliyi mədəniyyət mərkəzlərinin yaradılması və fəaliyyət göstərməsi ilə bağlı 1998-ci il tarixli Moldova-Rusiya sazişinə birtərəfli qaydada xitam verilməsi barədə qərar qəbul edib.
-
Dövlət başçısının sərəncamı ilə Rüfət Mahmud “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarə Heyətinin sədri təyin edilib.
-
Fevralın 13-də Apellyasiya Məhkəməsi jurnalist Şahnaz Bəylərqızının həbsilə bağlı Xətai Rayon Məhkəməsinin qərarından müdafiə tərəfinin şikayətini təmin etməyib.
-
Azərbaycan "Sputnik-Azərbaycan" və BBC News Azərbaycanca redaksiyalarının işini məhdudlaşdıracaq. Bu barədə fevralın 13-də hökumətyönlü KİV məlumatlı mənbəyə istinadən bildirib.
Rəy yaz