Nazim Beidemirli
Məhkəmə Azərbaycan parlamentinin keçmiş deputatı Nazim Bəydəmirli barəsində həbs qərarı çıxarıb
Bakı/05.07.23/Turan: İyulun 5-də Bakının Nərimanov Rayon Məhkəməsi Azərbaycan parlamentinin keçmiş deputatı, sahibkar və ictimai fəal Nazim Bəydəmirli barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib. Bu barədə Turan-a keçmiş parlamentarinin vəkili Aqil Layıc bildirib.
Onun sözlərinə görə, Bəydəmirliyə qarşı Azərbaycan CM-in 182.2.4-cü (Hədə-qorxu ilə tələb etmə, xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Bəydəmirli özünü təqsirli bilmir və apellyasiya şikayəti vermək niyyətindədir.
Bəydəmirli iyulun 4-də saxlanılıb. O, saxlanıldıqdan sonra vəkilinə zəng edib və Gədəbəy rayonunun Söyüdlü kəndindəki iğtişaşlarla bağlı mövqeyinə görə məsuliyyətə cəlb edildiyini bildirib.
Keçmiş deputat KİV-ə müsahibəsində yerli sakinlərin kənddə yerləşən qızıl mədəni müəssisəsinin fəaliyyətinin insanların sağlamlığına və ətraf mühitə zərərli təsiri haqqında iddialarının əsaslı olduğunu bildirib. 06/16В
Siyasət
-
Yanvarın 24-də Bakı Apellyasiya Məhkəməsində jurnalist Fərid İsmayılovun həbsindən şikayətə baxılıb.
-
2024-cü ildə Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyət jurnalistlərə, fəallara və dindarlara qarşı repressiyaların artması ilə xarakterizə olunub. Bu barədə "Müdafiə xətti" qeyri-hökumət təşkilatının illik hesabatında deyilir. Sənədi yanvarın 24-də bu qurumun üzvü, hüquq müdafiəçisi Zəfər Əhmədov təqdim edib.
-
Yanvarın 24-də Səbail Rayon Məhkəməsində “Kanal-13” İnternet- nəşrin rəhbəri Əziz Orucovun işi üzrə proses davam edib.
-
Yanvarın 24-də Azərbaycan müdafiə nazirinin müavini, Quru Qoşunları komandanı general-polkovnik Hikmət Mirzəyev Türkiyəyə rəsmi səfərə gedib.
Azərbaycan iqtidarının Trampdan gözləntiləri özünü doğruldacaqmı? – Əhməd Əlili Çətin sualda
Xəbər lenti
-
- Cəmiyyət,
- 12:47
- 288
Rəy yaz