Məmmədyarovun "Şərq Tərəfdaşlığı" Bəyannaməsini imzalamaqdan imtinanın səbəbləri haqqında dedikləri
Bakı/14.05.19/Turan: "Şərq Tərəfdaşlığı" Proqramının 10 illiyinə həsr olunmuş Bəyannamənin mətni Azərbaycanı qane etmir. "Azadlıq Radiosu"nun məlumatına görə, bu barədə Azərbaycan XİN başçısı Elmar Məmmədyarov Brüsseldə bu tədbirə həsr olunmuş konfransda çıxış edərkən bildirib.
Onun sözlərinə görə, sənədin mətni Helsinki Yekun Aktında və BMT Nizamnaməsində təsbit edilmiş prinsipləri əks etdirmir.
Nazir məhz hansı prinsipləri nəzərdə tutduğunu deməyib, amma Bakı bir müddət əvvəl sənəddə iştirakçı ölkələrin ərazi bütövlüyündən bəhs edilməsə onu imzalamayacağına işarə etmişdi. -02D-
-
- Siyasət
- 14 May 2019 15:07
Siyasət
-
Moldova Xarici İşlər Nazirliyi mədəniyyət mərkəzlərinin yaradılması və fəaliyyət göstərməsi ilə bağlı 1998-ci il tarixli Moldova-Rusiya sazişinə birtərəfli qaydada xitam verilməsi barədə qərar qəbul edib.
-
Dövlət başçısının sərəncamı ilə Rüfət Mahmud “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarə Heyətinin sədri təyin edilib.
-
Fevralın 13-də Apellyasiya Məhkəməsi jurnalist Şahnaz Bəylərqızının həbsilə bağlı Xətai Rayon Məhkəməsinin qərarından müdafiə tərəfinin şikayətini təmin etməyib.
-
Azərbaycan "Sputnik-Azərbaycan" və BBC News Azərbaycanca redaksiyalarının işini məhdudlaşdıracaq. Bu barədə fevralın 13-də hökumətyönlü KİV məlumatlı mənbəyə istinadən bildirib.
Rəy yaz