Açiq mənbələrdən foto.
Mərkəzi Seçki Komissiyası Şahin Seyidzadənin deputat səlahiyyətlərinə xitam verib
Bakı/17.03.22/Turan: Bu gün Azərbaycan Mərkəzi Seçki Komissiyası VI çağırış Milli Məclisin deputatı Şahin Seyidzadənin səlahiyyətlərinə xitam verib. Bu barədə Mərkəzi Seçki Komissiyasından bildiriblər.
Bu qərar Azərbaycan prezidentinin 3 mart tarixli sərəncamı ilə Seyidzadənin "İçərişəhər" Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri təyin edilməsilə əlaqədardır.
Mərkəzi Seçki Komissiyası Azərbaycan Konstitusiyasının 4-cü maddəsinin 1-ci bəndinə istinad edərək Seyidzadənin deputat səlahiyyətlərinə xitam verilməsini qərara alıb.
Beləliklə, 125 deputatlıq Azərbaycan parlamentində vakant yerlərin sayı yeddiyə çatıb.
2020-ci ildə Milli Məclisə növbədənkənar seçkilərdə 4 dairədə nəticələr ləğv edilib. Daha bir deputat seçkidən sonra vəfat edib. Bundan əlavə, deputat Eldəniz Səlimova qarşı cinayət işi və qüvvəyə minmiş hökmlə əlaqədar onun səlahiyyətlərinə xitam verilib.
Buna baxmayaraq, Mərkəzi Seçki Komissiyası hələ də vakant mandatlara təkrar seçki təyin etmir.- 06B-
-
- Maliyyə
- 17 Mart 2022 17:25
Siyasət
-
Moldova Xarici İşlər Nazirliyi mədəniyyət mərkəzlərinin yaradılması və fəaliyyət göstərməsi ilə bağlı 1998-ci il tarixli Moldova-Rusiya sazişinə birtərəfli qaydada xitam verilməsi barədə qərar qəbul edib.
-
Dövlət başçısının sərəncamı ilə Rüfət Mahmud “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarə Heyətinin sədri təyin edilib.
-
Fevralın 13-də Apellyasiya Məhkəməsi jurnalist Şahnaz Bəylərqızının həbsilə bağlı Xətai Rayon Məhkəməsinin qərarından müdafiə tərəfinin şikayətini təmin etməyib.
-
Azərbaycan "Sputnik-Azərbaycan" və BBC News Azərbaycanca redaksiyalarının işini məhdudlaşdıracaq. Bu barədə fevralın 13-də hökumətyönlü KİV məlumatlı mənbəyə istinadən bildirib.
Rəy yaz