
Milli Məclis "Terrorçuluğun qarşısının alınması haqqında" Avropa Konvensiyasına Əlavə Protokolu təsdiq edib
Milli Məclis "Terrorçuluğun qarşısının alınması haqqında" Avropa Konvensiyasına Əlavə Protokolu təsdiq edib
Bakı/30.12.23/Turan: Dekabrın 30-da Milli Məclis Avropa Şurasının "Terrorçuluğun qarşısının alınması haqqında" Konvensiyasına Əlavə Protokolu təsdiq edib. Bu sənəd 22 oktyabr 2015-ci il tarixində Riqada imzalanıb.
Sənəddə terrorçuluğa qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsindən söhbət gedir. Xüsusən, terror məqsədilə xaricə gedən şəxslər haqqında operativ məlumat mübadiləsi üçün əlaqə məntəqələrinin yaradılması nəzərdə tutulub. 06В
Rəy yaz