Mingəçevirə icra başçısı təyin edilib
Bakı/17.12.18/Turan: Dövlət başçısı İlham Əliyevin sərəncamı ilə İlham İsmayılov Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib. Buna qədərsə İ.İsmayılov Mingəçevir icra başçısının birinci müavini olub.
Mingəçevirin əvvəlki icra başçısı Niyazi Bayramov bu ilin avqustunda Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunub.-05D-
-
- Cəmiyyət
- 17 Dekabr 2018 16:21
Siyasət
-
Fevralın 5-də prezident İlham Əliyev Ukraynaya humanitar yardımın göstərilməsi haqqında sərəncam imzalayıb. Sənədə əsasən, Azərbaycanda istehsal olunan elektrik avadanlığının satın alınması və göndərilməsi üçün Energetika Nazirliyinə 1 milyon ABŞ dolları ayrılıb.
-
Fevralın 5-də Səbail Rayon Məhkəməsində “Kanal-13” İnternet- nəşrin rəhbəri əziz Orucovun işi üzrə proses davam edib.
-
Fevralın 4-də Bakı Apellyasiya Məhkəməsi rusiyalı keçmiş hakim, Rusiya Prokurorluğunun vəsatətilə Azərbaycanda həbs edilmiş Yelena Xaxalevanı həbsdən azad edib.
-
Azərbaycanın “Azel” TV saytının rəhbəri, fevralın 2-dən Tbilisi İstintaq Təcridxanasında quru aclıq edən Əfqan Sadıqov çərşənbə axşamı huşunu itirib. Bu barədə Turan-a onun xanımı Sevinc Sadıqova bildirib.
Rəy yaz