Charles Michel
Mişel oktyabrın sonunda Əliyevlə Paşinyanın görüşünü təşkil etməyi planlaşdırır
Bakı/06.10.23/Turan: Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel Azərbaycan prezidenti İlham Əliyevi və Ermənistan hökumətinin başçısı Nikol Paşinyanı oktyabrın sonunda Brüsseldə görüşə dəvət edib, TASS Avropa Siyasi Birliyinin Qranada sammiti zamanı diplomatik mənbəyə istinadən bildirib.
"Sədr Mişel [Avropa İttifaqı Şurasının sədri Şarl] prezident Əliyevi və baş nazir Paşinyanı oktyabrın son həftəsində Brüsseldə keçiriləcək görüşə dəvət edib", - mənbə bildirib.
Ancaq bu məlumat Brüssel, Bakı və Yerevan tərəfindən rəsmi olaraq təsdiqlənməyib. 06B
-
- Siyasət
- 6 Oktyabr 2023 11:25
Siyasət
-
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Türkiyənin Bolu vilayətinin Kartalkaya dağ-xizək kurortunda mehmanxanada baş vermiş faciəvi yanğından sonra, bazar ertəsi Türkiyənin xarici işlər naziri Hakan Fidana başsağlığı verib.
-
Yanvarın 22-də Səbail Rayon Məhkəməsində “dövlətə xəyanətdə” təqsirləndirilən gənc tədqiqatçı Bəhruz Səmədovun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb.
-
Yanvarın 22-də vəkil Zibeydə Sadıqova 1 saylı Bakı İstintaq Təcridxanasında jurnalist Fərid İsmayılova baş çəkib. İsmayılov yanvarın 17-də “Toplum” TV-nin işi üzrə həbs edilib. O, istintaqa hələ 2024-cü ilin martında cəlb edilib. O zaman polis nəzarətinə verilmişdi.
-
Fevralın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində ictimai fəal Nicat İbrahimin işi üzrə proses başlayacaq. Bu qərarə çərşənbə günü hazırlıq iclasında hakim Aygün Qurbanova qəbul edib.
Rəy yaz