Moskva Yerevan və Bakını təmkinli olmağa çağırır
Moskva Yerevan və Bakını təmkinli olmağa çağırır
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistan-Azərbaycan sərhədində 4 erməni hərbçisinin ölümünə səbəb olan atışma ilə bağlı bildirib ki,
Moskva vəziyyətin gərginləşməsilə əlaqədar Yerevan və Bakını təmkinli olmağa çağırır və ümid edir ki, sülh müqaviləsinin hazırlanması prosesi davam edəcək. Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistan-Azərbaycan sərhədində 4 erməni hərbçinin ölümü ilə nəticələnən atışma ilə bağlı bildirib.
"Sözsüz ki, bunlar Azərbaycan və Ermənistanın təmas xəttindən gələn həyəcanlı xəbərlərdir, hər iki tərəfi təmkinli olmağa, digər tərəfin təxribatyönlü hesab edə biləcəyi hər cür hərəkətlərdən çəkinməyə çağırırıq", - TASS Peskovdan sitat gətirib.
Bu cür hadisələr sülh müqaviləsinin hazırlanmasına və imzalanmasına xidmət etmir.
-
- Qafqaz
- 13 Fevral 2024 17:00
Siyasət
-
Moldova Xarici İşlər Nazirliyi mədəniyyət mərkəzlərinin yaradılması və fəaliyyət göstərməsi ilə bağlı 1998-ci il tarixli Moldova-Rusiya sazişinə birtərəfli qaydada xitam verilməsi barədə qərar qəbul edib.
-
Dövlət başçısının sərəncamı ilə Rüfət Mahmud “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarə Heyətinin sədri təyin edilib.
-
Fevralın 13-də Apellyasiya Məhkəməsi jurnalist Şahnaz Bəylərqızının həbsilə bağlı Xətai Rayon Məhkəməsinin qərarından müdafiə tərəfinin şikayətini təmin etməyib.
-
Azərbaycan "Sputnik-Azərbaycan" və BBC News Azərbaycanca redaksiyalarının işini məhdudlaşdıracaq. Bu barədə fevralın 13-də hökumətyönlü KİV məlumatlı mənbəyə istinadən bildirib.
Rəy yaz