MSK qarşısında yeni etiraz aksiyası, saxlanılan var
Bakı/21.02.20/Turan: Günün ikinci yarısında deputatlığa namizədlərdən ibarət qrup MSK binası qarşısında etiraz aksiyasını davam etdirib. Saat 16-da burada növbəti iclas başlayıb.
Aksiya zamanı iştirakçılardan biri yaxınlıqda yerləşən binanın divarına: "Fu, Mazi" (MSK sədri Məzahir Pənahov nəzərdə tutulur) ifadəsi yazıb. Polis bu şüarın yazılmasına görə seçkilərdə müşahidəçi olmuş Fuad İsmayılovu saxlayıb.
Bu arada, MSK-nın iclasında şikayətlərə baxılması davam etdirilib. 91 saylı Ucar Seçki Dairəsinin iki məntəqəsində səsvermənin nəticələri etibarsız sayılıb.
MSK namizədlərdən birinin 28 saylı Sabunçu Üçüncü Seçki Dairəsində səsvermənin yekunlarının etibarsız sayılması haqqında şikayətini təmin etməyib. -03B-
https://youtu.be/9X5oAqipK04-
- Cəmiyyət
- 21 Fevral 2020 17:36
Siyasət
-
Fevralın 5-də axşam jurnalist Şahnaz Bəylərqızının saxlanıldığı məlum olub. Bir neçə il əvvəl o, “Toplum” TV-nin aparıcısı olub.
-
Dövlət başçısının 5 fevral tarixli sərəncamı ilə Muxtar Babayev prezidentin iqlim məsələləri üzrə nümayəndəsi təyin edilib.
-
Fevralın 5-də prezident İlham Əliyev Ukraynaya humanitar yardımın göstərilməsi haqqında sərəncam imzalayıb. Sənədə əsasən, Azərbaycanda istehsal olunan elektrik avadanlığının satın alınması və göndərilməsi üçün Energetika Nazirliyinə 1 milyon ABŞ dolları ayrılıb.
-
Fevralın 5-də Səbail Rayon Məhkəməsində “Kanal-13” İnternet- nəşrin rəhbəri əziz Orucovun işi üzrə proses davam edib.
Rəy yaz