MTN-in fəaliyyətinə son verilir
Azərbaycan prezidentinin fərmanı ilə Milli Təhlükəsizlik Nazirliyinin bazasında Orxan Sultanovun rəhbərliyi ilə Xarici Kəşfiyyat Xidməti və milli təhlükəsizlik naziri vəzifələrini icra edən Mədət Quliyevin rəhbərliyi ilə Dövlət Təhlükəsizliyi Xidməti yaradılıb.
Hər iki xidmətə bir ay ərzində Əsasnamə, struktur və ştat layihələrini hazırlayıb təqdim etmək tapşırılıb.
Nazirlər Kabinetinə 2015-2016-cı illər ərzində xidmətlərin Milli Təhlükəsizlik Nazirliyi üçün nəzərdə tutulmuş vəsaitdən maliyyələşdirilməsi tapşırılıb.
Həmçinin, yeni xidmətlərin yaradılması ilə əlaqədar maddi-texniki, qanunvericilik və s. tədbirləri həyata keçirmək tapşırılıb.
Bu, o deməkdir ki, 1991-ci ilin noyabrında Azərbaycan SSR KQB-nin bazasında yaradılmış Milli Təhlükəsizlik Nazirliyi ləğv edilir. -0-
-
- Cəmiyyət
- 14 Dekabr 2015 14:35
-
- Söz istəyirəm
- 14 Dekabr 2015 15:25
Siyasət
-
Moldova Xarici İşlər Nazirliyi mədəniyyət mərkəzlərinin yaradılması və fəaliyyət göstərməsi ilə bağlı 1998-ci il tarixli Moldova-Rusiya sazişinə birtərəfli qaydada xitam verilməsi barədə qərar qəbul edib.
-
Dövlət başçısının sərəncamı ilə Rüfət Mahmud “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarə Heyətinin sədri təyin edilib.
-
Fevralın 13-də Apellyasiya Məhkəməsi jurnalist Şahnaz Bəylərqızının həbsilə bağlı Xətai Rayon Məhkəməsinin qərarından müdafiə tərəfinin şikayətini təmin etməyib.
-
Azərbaycan "Sputnik-Azərbaycan" və BBC News Azərbaycanca redaksiyalarının işini məhdudlaşdıracaq. Bu barədə fevralın 13-də hökumətyönlü KİV məlumatlı mənbəyə istinadən bildirib.
Rəy yaz