Müdafiə naziri Tehranda danışıqlar aparır

Azərbaycanın müdafiə naziri Zakir Həsənov bu gün Tehranda danışıqların ilk mərhələsini həyata keçirib. O, həmkarı Hüseyn Dehqanın dəvəti ilə İranda səfərdədir.

İRNA agentliyinin məlumatına görə, tərəflər müdafiə sahəsində əməkdaşlıq, terrorizmin təzahürlərinə qarşı mübarizə, regional təhlükəsizlik problemlərini müzakirə ediblər.

“Ümid edirəm ki, bu səfər müdafiə sahəsində ikitərəfli münasibətlərin inkişafına gətirib çıxaracaq”, deyə İRNA Zakir Həsənovdan sitat gətirir. Səfər davam edir. -02В-

Rəy yaz

Siyasət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti