Müdafiə nazirinin Rumıniyaya səfəri başa çatıb
Avqustun 28-də Azərbaycanın müdafiə naziri Zakir Həsənovun Rymıniyanın iqtisadiyyat naziri Konstantin Nitsa ilə görüşü baş tutub.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, iki ölkə arasında hərbi-texniki əməkdaşlıq haqqında fikir mübadiləsi aparılıb. Xüsusən, Rumıniya tərəfi hərbi sənayesinin potesialı haqqında məlumat verib.
Tərəflər bu sahədə əməkdaşlığın inkişafı üçün böyük imkanlar olduğunu qeyd ediblər. Bununla Zakir Həsənovun Rumıniyaya ikigünlük səfəri başa çatıb. -02D-
Siyasət
-
Yanvarın 29-da keçiriləcək bələdiyyə seçkilərində 23 saylı Nəsimi-Səbail dairəsindən namizəd, fəal Cəmilə Əlişova onun kampaniya keçirməsinə inzibati əngəllərin yaradıldığını bildirir.
-
Yanvarın 15-də Tbilisi Apellyasiya Məhkəməsi Azərbaycana ekstradisiyasına etiraz edən Azel TV saytının təsisçisi Əfqan Sadıqovun şikayətini təsdiq etməyib.
-
Demokratik Qüvvələrin Milli Şurasının üzvü Cəmil Hacıyev polis tərəfindən ona qarşı təzyiqin davam etdiyini bildirib.
-
Yanvarın 15-də Yasamal Rayon Məhkəməsi Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı barəsində qətimkan tədbirinin dəyişdirilməsi haqqında vəsatəti təmin etməyib. Bu barədə Turan-a onun vəkili Aqil Layıc bildirib.
Rəy yaz