
глава МЧС Кямаледдин Гейдаров
Bakı/18.07.17/Turan: Bəzi KİV-lərdə fövqəladə hallar naziri Kəmaləddin Heydərovun istefaya gedəcəyi ilə bağlı yayılan məlumatlar yalandır, həqiqətəuyğun deyil. Bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Oqtay Bayramov Turan-ın sorğusunun cavabında bildirib.
Xatırladaq ki, son günlər bir sıra saytlar fövqəladə hallar naziri Kəmaləddin Heydərovun istefa ərizəsi yazdığı, istefaya gedəcəyi ilə bağlı məlumatlar yayıblar.-03B-
Rəy yaz