Nyu-Yorkda Güney azərbaycanlılar Həsən Ruhaniyə etiraz edib
Amerikada yaşayan Güney Azərbaycandan (İran) olan çoxsaylı insanlar İranın yeni prezidenti Həsən Ruhaninin Amerikaya səfərinə etiraz olaraq Nyu-Yorkda BMT-nin binası önündə etiraz aksiyası keçiriblər. Bu barədə Güney Azərbaycan Milli Oyanış Hərəkatı Facebook səhifəsində məlumat yayıb.
Aksiyada Güney Azərbaycan Milli Oyanış Hərəkatının və Milli Dirəniş Təşkilatını təmsilçiləri və çoxsaylı milli fəallar iştirak ediblər.
Piketdə “Güney Azərbaycana müstəqillik!”, “İranda Türk dilində təhsil qadağasına son!”, “İranda yalnız farslar yaşamır!”, “İran yalnız farslardan ibarət deyil!” və başqa şüarlar qaldırılıb. -03D-
-
- İqtisadiyyat
- 25 Sentyabr 2013 16:10
-
- Siyasət
- 25 Sentyabr 2013 16:55
Siyasət
-
“Azel” TV saytının rəhbəri, Azərbaycana ekstradisiya məqsədilə Gürcüstanda həbs olunmuş Əfqan Sadıqov fevralın 2-dən quru aclığa başlayıb. Bu barədə Turan-a onun xanımı Sevinc Sadıqova bildirib. Fevralın 2-də o, Əfqan Sadıqov ilə telefonla danışıb.
-
1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan hüquq müdafiəçisi Anar Məmmədlinin səhhətinin getdikcə pisləşməsinə baxmayaraq, ona adekvat tibbi yardım göstərilmir. Bu barədə Turan-a vəkil Elçin Sadıqov təcridxanada Məmmədliyə baş çəkdikdən sonra bildirib.
-
Həştərxan üzərində hava məkanının müntəzəm bağlı olması ilə əlaqədar AZAL dövlət aviaşirkəti uçuşların təhlükəsizliyi üçün Bakı–Həştərxan–Bakı marşrutu üzrə bütün reysləri qeyri-müəyyən müddətə dayandırır. Bu barədə fevralın 3-də AZAL Azərbaycan dövlət aviaşirkəti bildirib.
-
Azərbaycan Dövlət Təhlükəsizliyı Xidməti və Daxili İşlər Nazirliyi Qusar rayonunda radikal ekstremist qruplaşmanın zərərsizləşdirildiyini bildiriblər. Qruplaşmanın 8 üzvü silahlı müqavimət göstərərkən məhv edilib, 6-ı həbs olunub.
Rəy yaz