Alexey Overchuk
Overçuk: “Yerevan və Bakı yolların açılmasına kökləniblər”
Bakı/20.09.21/Turan: Ermənistan, Rusiya və Azərbaycan regionda nəqliyyat və iqtisadi əlaqələrin açılmasına kökləniblər. Bu barədə Rusiya baş nazirinin müavini Aleksey Overçuk bazar ertəsi Yerevanda jurnalistlərə bildirib.
"Üçtərəfli işçi qrupu görüşlər keçirir. Sayca yeddinci olan sonuncu görüş avqustun ortalarında Moskvada olub. Bütün tərəflər regionda iqtisadi və nəqliyyat əlaqələrinin açılmasına köklənib. Bunu necə etmək barədə müzakirələr gedir",-deyə "Sputnik-Armeniya" Overçukdan sitat gətirir.
Görünür, nəqliyyat marşrutlarının bərpası ticarət dövriyyəsinin, o cümlədən Ermənistanla Rusiya arasında ticarət dövriyyəsinin genişləndirilməsi və artırılması üçün yeni imkanlar yaradacaq, Overçuk əlavə edib.
Öz növbəsində, Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan qeyd edib ki, uzun illər ərzində nəqliyyat əlaqəsi məsələsində məhdudiyyətlər olub. Aydındır ki, kommunikasiyaların açılması iqtisadiyyata müsbət təsir göstərəcək, lakin konkret rəqəmlər barədə danışmaq hələ tezdir. -02D-
-
- Siyasət
- 20 Sentyabr 2021 10:50
-
- İqtisadiyyat
- 20 Sentyabr 2021 11:35
Siyasət
-
Moldova Xarici İşlər Nazirliyi mədəniyyət mərkəzlərinin yaradılması və fəaliyyət göstərməsi ilə bağlı 1998-ci il tarixli Moldova-Rusiya sazişinə birtərəfli qaydada xitam verilməsi barədə qərar qəbul edib.
-
Dövlət başçısının sərəncamı ilə Rüfət Mahmud “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarə Heyətinin sədri təyin edilib.
-
Fevralın 13-də Apellyasiya Məhkəməsi jurnalist Şahnaz Bəylərqızının həbsilə bağlı Xətai Rayon Məhkəməsinin qərarından müdafiə tərəfinin şikayətini təmin etməyib.
-
Azərbaycan "Sputnik-Azərbaycan" və BBC News Azərbaycanca redaksiyalarının işini məhdudlaşdıracaq. Bu barədə fevralın 13-də hökumətyönlü KİV məlumatlı mənbəyə istinadən bildirib.
Rəy yaz