Özbəkistan prezidenti Bakıya işgüzar səfərə gəlir
Özbəkistan prezidenti Bakıya işgüzar səfərə gəlir
Bakı/22.11.23/Turan: 23-24 noyabr tarixlərində Özbəkistan prezidenti Şavkat Mirziyoyev Bakıya işgüzar səfərə gələcək. O, BMT-nin Mərkəzi Asiya iqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) birinci sammitində iştirak edəcək. Bu barədə Özbəkistan prezidentinin saytında yer alan məlumatda bildirilir.
Tədbirin gündəliyinə Proqram çərçivəsində çoxtərəfli əməkdaşlığın daha da genişləndirilməsi, regional layihələrin dəstəklənməsi üçün Hədəf Fondunun yaradılması, nəqliyyat dəhlizlərinin rəqəmsallaşdırılması üzrə "yol xəritəsinin" qəbulu, biznes təşəbbüslərinin təşfiqi və digər məsələlər daxil edilib.
SPECA 26 mart 1998-ci ildə iqtisadi əməkdaşlığa yardım məqsədilə təsis edilib. Proqramın iştirakçısı olan dövlətlər Özbəkistan, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Türkmənistandır. 0
Siyasət
-
Moldova Xarici İşlər Nazirliyi mədəniyyət mərkəzlərinin yaradılması və fəaliyyət göstərməsi ilə bağlı 1998-ci il tarixli Moldova-Rusiya sazişinə birtərəfli qaydada xitam verilməsi barədə qərar qəbul edib.
-
Dövlət başçısının sərəncamı ilə Rüfət Mahmud “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarə Heyətinin sədri təyin edilib.
-
Fevralın 13-də Apellyasiya Məhkəməsi jurnalist Şahnaz Bəylərqızının həbsilə bağlı Xətai Rayon Məhkəməsinin qərarından müdafiə tərəfinin şikayətini təmin etməyib.
-
Azərbaycan "Sputnik-Azərbaycan" və BBC News Azərbaycanca redaksiyalarının işini məhdudlaşdıracaq. Bu barədə fevralın 13-də hökumətyönlü KİV məlumatlı mənbəyə istinadən bildirib.
Rəy yaz