Açiq mənbələrdən foto.
Parlamentin İntizam komissiyası "Vahid Əhmədovun məsələsinə" baxacaq
Bakı/25.04.23/Turan: Milli Məclisin İntizam komissiyası deputat Vahid Əhmədovun jurnalist Mehman Hüseynova müsahibəsilə bağlı məsələyə baxacaq. Bu barədə qərar aprelin 25-də plenar iclasda qəbul edilib.
Həmin müsahibədə Əhmədov bəzi deputatların qanunu pozaraq bizneslə məşğul olduqlarını bildirib, hökumətin fəaliyyətini tənqid edib. Bu səbəbdən həmkarlarının tənqidlərinə tuş gəlib.
Bu, deputatların narazılığına səbəb olub və bu gün onlar qəzəbli çıxışlarla Əhmədovun üstünə düşüblər.
Onlar Əhmədovun Hüseynova müsahibə verməsini düzgün hesab etməyiblər.
Şərh üçün Əhmədovla əlaqə saxlamaq mümkün olmayıb.
Lakin parlamentin bugünkü iclasında deputat bildirib ki, "bütün suallara"cavab verməyə hazırdır. 06B
-
- Siyasət
- 25 Aprel 2023 14:57
Siyasət
-
Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Xidmətinin rəhbəri Jozep Borrel Azərbaycan rəhbərinin COP29 konfransında Avropa ölkələrinə və şəxsən Borrelə qarşı səsləndirdiyi ittihamları rədd edib.
-
Cümə axşamı prezident İlham Əliyev COP29 iqlim konfransında iştirak etmək üçün Bakıya gələn Avropa Şurasının Baş katibi Alen Berseni qəbul edib.
-
Noyabrın 14-də Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Azərbaycanla bağlı qərarları açıqlayıb. Qərarlara görə, Azərbaycan höküməti təqribən 40 min avro cərimə ödəməlidir.
-
Noyabrın 14-də Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirildiyi məkanda bir qrup fəal Rusiyanın Ukraynaya qarşı müharibəsinə etiraz olaraq aksiya keçirib.
Rəy yaz