Prezident İlham Əliyev Avropa Olimpiya Komitəsinin prezidentini qəbul edib

Prezident İlham Əliyev sentyabrın 19-da Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikini qəbul edib.

Görüşdə 2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunlarına hazırlıq işlərinin yüksək səviyyədə getdiyi məmnunluqla qeyd olunub.

Azərbaycanda idmanın bütün növlərinin inkişafına göstərilən dövlət qayğısının önəmi vurğulanıb, idman sahəsində beynəlxalq əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.-16D-

Rəy yaz

Siyasət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti