Armen Grigoryan
Qarabağ ermənilərinin hüquqları və təhlükəsizliyi onun statusunu müəyyən edəcək - Ermənistan Təhlükəsizlik Şurasının rəhbəri
Bakı/02.06.22/Turan: Qarabağ ermənilərinin hüquqları və təhlükəsizliyi onun statusunu müəyyən edəcək. Bu bəyanatı cümə axşamı Ermənistan Təhlükəsizlik Şöbəsinin katibi Armen Qriqoryan bildirib. O, bunu xalqların öz müqəddəratınıı həll etmək hüququnun gündəlikdə qalıb-qalmaması barədə suala cavabda deyib.
Qriqoryan qeyd edib ki, Yerevan Qarabağda yaşayan ermənilərin hüquqlarının və təhlükəsizliyinin əhəmiyyətini vurğulamağa davam edir.
"Əminik ki, statusu məhz hüquqlar və təhlükəsizlik müəyyən edəcək. Biz bu istiqamətdə işi davam etdirəcəyik", deyə "Sputnik-Armenia" Qriqoryandan sitat gətirir.
Beləliklə, Qriqoryanın bəyanatını Yerevanın Bakının Qarabağın Azərbaycanın tərkibində statusa malik olmaması, regionun erməni əhalisinin isə bütün hüquqlarına zəmanət verilməsi tələbi ilə razılaşmağa hazırlığı kimi qiymətləndirmək olar. -02D-
-
- İqtisadiyyat
- 2 İyun 2022 14:23
-
- Cəmiyyət
- 2 İyun 2022 14:48
Siyasət
-
Moldova Xarici İşlər Nazirliyi mədəniyyət mərkəzlərinin yaradılması və fəaliyyət göstərməsi ilə bağlı 1998-ci il tarixli Moldova-Rusiya sazişinə birtərəfli qaydada xitam verilməsi barədə qərar qəbul edib.
-
Dövlət başçısının sərəncamı ilə Rüfət Mahmud “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarə Heyətinin sədri təyin edilib.
-
Fevralın 13-də Apellyasiya Məhkəməsi jurnalist Şahnaz Bəylərqızının həbsilə bağlı Xətai Rayon Məhkəməsinin qərarından müdafiə tərəfinin şikayətini təmin etməyib.
-
Azərbaycan "Sputnik-Azərbaycan" və BBC News Azərbaycanca redaksiyalarının işini məhdudlaşdıracaq. Bu barədə fevralın 13-də hökumətyönlü KİV məlumatlı mənbəyə istinadən bildirib.
Rəy yaz