RATİ Xədicə İsmayılovaya qarşı çirkin kampaniyanı pisləyir

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu Azərbaycanın hökumət rəsmilərinin korrupsiyası ilə bağlı geniş yazıların müəllifi olan araşdırmaçı jurnalist Xədicə İsmayılovaya qarşı davam edən qarayaxma kampaniyasını qətiyyətlə pisləyir.

X.İsmayılovaya qarşı çirkin hücumlardan ən sonuncusu 29 iyul 2013-cü il  tarixində internetdə yayılmış gizli yolla çəkilmiş intim xarakterli yeni video olub. RATİ Azərbaycan hakimiyyətini İsmayılovaya qarşı davamlı təzyiqləri dərhal araşdırmağa, onun təhlükəsizliyini təmin etməyə və cavabdeh şəxsləri məsuliyyətə cəlb etməyə çağırır. 

“Bu çirkin hücum Azərbaycan hökumətinin öz vətəndaşlarını lazımi şəkildə qoruya bilməməsinin, ölkədə jurnalistlərə qarşı düşmən mühitin hakimliyinin və media azadlığının kritik durumunun göstəricisidir”,- bəyanatda deyilir

RATİ xatırladır ki, 2012-ci ilin martında da  jurnalist oxşar təhdidlə üzləşib, onun gizli kamera ilə çəkilmiş intim videosu internetdə yerləşdirilib. Lakin İsmayılova bundan sonra da susmamış və öz əhəmiyyətli araşdırma fəaliyyətini davam etdirib. Jurnalistin bu işi üzrə də ciddi istintaq aparılmayıb, hər hansı təqsirləndirilən şəxs istintaqa cəlb edilməmiş və cəzalandırılmayıb. 

RATi Azərbaycanın beynəlxalq təşkilatlar qarşısında ifadə azadlığının müdafiəsi ilə bağlı üzərinə götürdüyü öhdəlikləri nəzərə alaraq bu beynəlxalq təşkilatları Azərbaycan hökumətindən ifadə azadlığını sözdə deyil əməldə qorumağı tələb etməyə, bütün birtərəfli və ikitərəfli imkanlardan istifadə etməklə ölkəni ifadə azadlığı və insan haqları öhdəliklərinə görə məsul tutmağa çağırır. .—06V-- 

 

Rəy yaz

Siyasət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti