MTN təcridxanasında saxlanılan jurnaist Rauf Mirqədirov atasının 40 mərasiminə buraxılmaması ilə əlaqədar öz vəkilinin vasitəsilə bəyanat yayıb.
“İstintaq orqanı tərəfindən atamın 40 mərasimində iştirak etməyimə icazənin verilməməsini anlaşıqla qəbul etsəm də, bununla bağlı vəkillərimin istintaqa müraciətlərinə heç bir rəsmi cavabın verilməməsini növbəti qanun pozuntusu kimi qiymətləndirirəm. Eyni zamanda mənə bu gündə dəstək olan hər bir şəxsə minnətdarlığımı bildirirəm”, - bəyanatda deyilir.
Jurnalistin vəkili Elmar Süleymanov Turan-ın müxbiri ilə söhbətində R.Mirqədirovun yas mərasiminə buraxılmamasından təəssüfləndiyini bildirib.
Onun sözlərinə görə, qanunvericilik baxımından indiki halda hüquqi normaların pozuntusu yoxdur. Eyni zamanda qanunvericilik R.Mirqədirova bu cür imkanın verilməsini istisna etmir.
Lakin müdafiə tərəfi jurnalistin atasının onların mənzilində axtarış aparılandan sonra vəfat etdiyini, R.Mirqədirovun şəxsiyyətini nəzərə alaraq istintaqın onun yas mərasimində iştirakına ərait yaradılacağına ümid edirdi.
Eyni zamanda vəkil diqqəti ona yönəldib ki, istintaq qanunvericiliyə əsaslanmayıb, vəkillərin müraciətinin alınmaması barədə arqumentlər gətirib.
Vəkil Baş Prokurorluğa müracitətin hələ ötən həftə ünvana çatması barədə poçt qəbzini göstərib.
* Rauf Mirqədirov Türkiyədən deportasiya edildikdən sonra aprelin 19-da həbs edilib. O, Ermənistanın xeyrinə casusluqda ittiham olunub. Aprelin 21-də məhkəmə onun barəsində üç ay müddətinə həbs qətimkan tədbirini seçib.
Jurnalist ittihamı absurd sayaraq ifadə verməkdən imtina edirdi. Lakin sonradan bəzi məsələlərə aydınlıq gətirmək məqsədilə istintaqa ifadə vermək qərarına gəlib.—06B--
-
- Siyasət
- 4 İyul 2014 00:51
Siyasət
-
Dekabrın 23-də Rusiya prezidenti Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyevə doğum günü münasibətilə təbrik göndərib. Məktubda deyilir:
-
ABŞ səfirliyi bu ölkəni yenidən qeyri-diplomatik ifadələrdən istifadə edərək antiazərbaycan siyasətində ittiham edən "Həftə" proqramının müəllifinə cavab verib.
-
23 dekabr 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Serbiya Respublikasına işgüzar səfəri çərçivəsində bu ölkənin prezidenti Aleksandar Vuçiç ilə görüşüb.
-
Dekabrın 23-də Belqradda Azərbaycan və Serbiya Xarici İşlər Nazirlikləri rəhbərlərinin görüşü olub. Yekun mətbuat konfransında Serbiyanın xarici işlər naziri Marko Curiç bildirib ki, tərəflər turizmin inkişafını müzakirə ediblər. "Biz birbaşa aviareyslərin açılması, iqtisadi inkişaf və energetika üzrə işi gücləndiririk", - Curiç deyib.
Rəy yaz