
Rusiya HDQ “Mahaçqala” və “Volqodonsk” kiçik artilleriya gəmiləri, həmçinin “Anatoli Qujvin” hidroqrafik gəmisi bu gün Bakıya gəliblər.
Rusiya nümayəndə heyəti Azərbaycan HDQ komandanlığı, Səbayel Rayon İcra Hakimiyyəti rəhbərliyi və Bakı Dəniz Limanının rəhbərliyi ilə görüşüb. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat verib.
Sonra Ali Hərbi Dəniz Məktəbində tədris prosesi ilə tanışlıq olub.
Qonaqlar Bakının görməli yerləri ilə tanış olacaqlar, həmçinin futbol üzrə yoldaşlıq görüşü keçirəcəklər.
Səfər avqustun 16-da başa çatacaq. -16d-
Rəy yaz