Açiq mənbələrdən foto.
Tbilisi və Bakı dəmir yolu əlaqəsinin bərpasını müzakirə edir
Bakı/07.06.21/Turan: Tbilisi-Bakı-Tbilisi marşrutu üzrə dəmir yolu ilə sərnişin daşımaları Azərbaycanla quru sərhədləri açıldıqdan sonra bərpa ediləcək, bu barədə iyunun 7-də “Gürcüstan Dəmir Yolları” (GDY) şirkəti məlumat yayıb.
“Gürcüstana giriş zamanı Azərbaycan vətəndaşlarının qəbulu qaydalarının sadələşdirilməsi üzrə Azərbaycanla iş aparılır”, deyə Gürcüstan kütləvi informasiya vasitələri iqtisadiyyat nazirindən sitat gətirir.
Azərbaycan hökuməti koronavirusun yayılması təhdidi ilə əlaqədar yük daşıyıcıları istisna olmaqla, xarici vətəndaşların ölkəyə girişinə qadağanı avqustun 1-nə qədər uzadıb.
Qeyri-rəsmi məlumatlara görə, Bakı Gürcüstanla quru sərhədini iyunun 15-də aça bilər. Sərhədi yalnız COVİD pasportu, həmçinin koronavirus testinin mənfi nəticəsi olan şəxslər keçə bilər. -03D-
-
- Cəmiyyət
- 7 İyun 2021 17:36
Siyasət
-
Bakıda COP29 iqlim konfransının bağlanışı ərəfəsində Beynəlxalq Jurnalistləri Müdafiə Komitəsi Azərbaycanda həbs olunmuş jurnalistlərin cinayət işlərinə diqqəti yönəldib.
-
Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) 29-cu sessiyası üzrə danışıqlar 24 noyabr tarixinə qədər uzadılıb. Bu barədə UNFCCC Katibliyindən bir mənbə Turan informasiya agentliyinə məlumat verib. Mənbənin sözlərinə görə, iştirakçılar həmin tarixə qədər yekun sənədləri razılaşdırıb imzalamağı planlaşdırırlar.
-
Türkiyənin “Sabah” qəzetinin məlumatına görə, İstanbul prokurorluğunun Qaçaqmalçılığa Qarşı Mübarizə İdarəsinin əməkdaşları Azərbaycan vətəndaşını böyük miqdarda qızılla saxlayıblar.
-
Noyabrın 22-də Ermənistanın baş naziri Nikol Paşinyan İctimai TV-yə müsahibəsində Azərbaycanla sülh müqaviləsi üzrə danışıqlara toxunub.
Minimum əməkhaqqı, pensiya, ehtiyac meyarı. Rəqəmlər real bazar qiymətinə uyğundur? – Zöhrab İsmayıl Çətin sualda
Audio xəbər
Xəbər lenti
-
- Cəmiyyət,
- 16:31
- 327
Rəy yaz