Açiq mənbələrdən foto.
Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu Ermənistanı minalanmış sahələrinin xəritələrini Azərbaycana təqdim etməyə, Azərbaycan hakimiyyətini isə jurnalistləri sığortalamağa çağırır
Bakı/07.06.21/Turan: Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) Azərbaycan hakimiyyətini və işverənləri Kəlbəcərdə həlak olan jurnalistlər Sirac Abışovun və Məhərrəm İbrahimovun işverənlərini vəfat edənlərin ailələrinə layiqli təzminat ödəməyə və gələcəkdə münaqişə zonasına göndərilən bütün jurnalistlərin həyat sığortası ilə təmin etməyə çağırır.
Qurum həmçinin Ermənistan hakimiyyətini minalanmış sahələrin xəritələrini Azərbaycana təqdim etməyə çağırır.
Son 7 ayda Azərbaycanın Dağlıq Qarabağ ətrafında işğaldan azad edilən ərazilərində 50 nəfər minaya düşüb, onlardan 18 nəfəri vəfat edib.
Son yarım ildə minaların təmizlənməsi nəticəsində təxminən 20 min mina və partlamamış hərbi sursat aşkar etmək mümkün olub, ekspertlərin fikrincə, hələ 100 mindən artıq mina zərərsizləşdirilməyib və minaları tam təmizləmək üçün hələ uzun illər tələb olunacaq. -06D-
-
- Siyasət
- 7 İyun 2021 17:21
Siyasət
-
Rusiya və İran prezidentləri Vladimir Putin və Məsud Pezeşkian yanvarın 17-də Moskvada danışıqlar aparacaqlar və mətbuata açıqlama verəcəklər, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
-
Yanvarın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə ictimai fəal Nicat İbrahimin cinayət işi üzrə məhkəmənin hazırlıq iclasında Nicat İbrahim "qanunsuz" həbsinə və məhkəmənin gedişinə etiraz olaraq məhkəmə zalında saxlanıldığı şüşə qəfəsə başı ilə zərbələr endirərək intihara cəhd edib.
-
Beynəlxalq Narahat Alimlər Komitəsi həbs edilmiş tədqiqatçı İqbal Əbilovun azad edilməsinə köməklik göstərmək xahişi ilə Azərbaycan prezidenti İlham Əliyevə müraciət edib.
-
Gürcüstanın XİN başçısı Maka Boçorişvili dünən Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyevlə görüşüb.
Rəy yaz