Robert Kocharian
2021-ci ildə Ermənistan altı şəhərinin əhalisini itirəcək – R.Koçaryan
Bakı/07.06.21/Turan: 2020-ci ildə uduzulmuş müharibə nəticəsində ermənilərin regionu kütləvi şəkildə tərk etməsinin qaçılmaz olması barədə proqnozlar özünü doğruldur. Belə ki, bu ilin beş ayı ərzində ölkəni hava nəqliyyatı ilə 78 mindən çox insan tərk edib, bu barədə News.am saytı məlumat verib.
Bu statistikanı şərh edən eks-prezident Robert Koçaryan qeyd edib ki, Ermənistandan avtomobil nəqliyyatı ilə Gürcüstana gedənləri də nəzərə alsaq, əslində ölkəni tərk edənlərin sayı iki dəfə çoxdur.
Onun fikrincə, bu ilin sonuna qədər Ermənistanı tərk edənlərin sayı 360 min nəfər təşkil edib. Onların əksəriyyəti əmək qabiliyyətli və müdafiə qabiliyyətli əhalidir. 360 min nəfər Ermənistan əhalisinin 18%-nə bərabərdir.
Bu insanların sayını təsəvvür etmək üçün bunun Ermənistanın altı ən böyük şəhərinin – Gümrü, Vanadzor, Vaqarşapat, Abovyan, Kafan və Razdan sakinlərinin sayına bərabər olduğunu demək kifayətdir.
Ölkəni tərk edənlər arasında Ermənistan pasportu olan Qarabağ sakinlərinin sayı da çoxdur. Daha 18%-in ölkəni tərk edəcəyini təxmin etsək, deməli, Qarabağı 27 min erməni tərk edəcək.
Qeyd edək ki, Ermənistanı tərk edənlərin bir hissəsi qazanc ardınca gedən əmək miqrantlarıdır. Amma bu il statistika daha yüksəkdir. Ermənistan əhalisi arasında keçirilən sorğuya əsasən, 200 min nəfər bu il, bir o qədər insan da gələn il Ermənistanı birdəfəlik tərk etməyi planlaşdırır. -0-
Siyasət
-
Azərbaycan prezidenti İlham Əliyev bu gün BƏƏ-yə işgüzar səfərə gəlib, bu barədə dövlət başçısının saytı məlumat yayıb.
-
Britaniya parlamentinin üzvü Ceremi Korbin parlamentdə alim Qubad İbadoğlunun məsələsini qaldırıb.
-
Siyasi Menecment İnstitutunun həbsdə olan direktoru Azər Qasımlı bildirib ki, onun həbsinin “siyasi sifariş əsasında həyata keçirildiyini” hər kəs bilir və anlayır.
-
İsrailin Xarici İşlər Nazirliyinin Avrasiya bölməsinin direktoru Ronen Kraus bu ölkənin Azərbaycandakı yeni səfiri təyin edilib.
Rəy yaz