Photo TURAN.
Turan-ın müraciəti: Ermənistan minalanmış ərazilərin xəritələrini Azərbaycana verməlidir
Bakı/04.06.21/Turan: "Kəlbəcərdə iki jurnalistin və yerli icra hakimiyyəti nümayəndəsinin həyatına son qoyan faciə ölkə ictimaiyyətini İkinci Qarabağ Müharibəsi günlərinə qaytardı və bizim hamımızı müharibənin hələ bitmədiyini anlamağa məcbur etdi", - Turan İnformasiya Agentliyinin kollektivinin beynəlxalq hüquq- müdafiə və jurnalist təşkilatlarına müraciətində deyilir.
"Üç nəfərin ölümü və dörd nəfərin yaralanması öz hərəkətləri ilə gərginliyin saxlanmasına xidmət edən və iki xalq arasında sülhə nail olunmasına mane olan destruktiv qüvvələrin cinayətkar əməlinin nəticəsidir.
Turan agentliyi iki həmkarını – Fərhad Kərimovu və Adil Bünyadovu itirib. Onlar da hərbi münaqişələrin qurbanları olub. Odur ki, öz həmkarını və yoldaşını itirməyin nə demək olduğunu yaxşı bilirik. Ancaq müharibənin olmadığı vaxtda jurnalistlərin həlak olması ikiqat ağırdır və ədalətsizlikdir.
Beynəlxalq qurumlardan olan jurnalist həmkarlarımızı məsələni qaldırmağa və Ermənistandan azad edilmiş ərazilərdə minalanmış sahələrin xəritələrini verməyi tələb etməyə çağırırıq.
Beynəlxalq birlik Azərbaycanı müharibədən sonra saxlanılmış şəxsləri azad etməyə və YUNESKO nümayəndələrini regiona buraxmağa çağırmaqla kifayətlənməməlidir. Əgər bu minalar zərərsizləşdirilməsə, beynəlxalq təşkilatların əməkdaşları da mina partlayışlarının növbəti qurbanları ola bilər", - müraciətdə deyilir.-02В-
-
- Cəmiyyət
- 4 İyun 2021 17:29
Siyasət
-
Yanvarın 22-də Səbail Rayon Məhkəməsində “dövlətə xəyanətdə” təqsirləndirilən gənc tədqiqatçı Bəhruz Səmədovun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb.
-
Yanvarın 22-də vəkil Zibeydə Sadıqova 1 saylı Bakı İstintaq Təcridxanasında jurnalist Fərid İsmayılova baş çəkib. İsmayılov yanvarın 17-də “Toplum” TV-nin işi üzrə həbs edilib. O, istintaqa hələ 2024-cü ilin martında cəlb edilib. O zaman polis nəzarətinə verilmişdi.
-
Fevralın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində ictimai fəal Nicat İbrahimin işi üzrə proses başlayacaq. Bu qərarə çərşənbə günü hazırlıq iclasında hakim Aygün Qurbanova qəbul edib.
-
Yanvarın 23-də Azərbaycan Talışları İctimai Şurasının üzvü Hilal Məmmədov Dövlət Təhlükəsizliyi Xidmətinə çağırılıb. O, Turan-a bildirib ki, bu gün Dövlət Təhlükəsizliyi Xidməti Nizami rayon şöbəsinin əməkdaşları Dövlət Təhlükəsizliyi Xidmətinin Baş İstintaq İdarəsinin bildirişini ona gətiriblər.
Rəy yaz