Seyid Abbas Mousavi and Hikmet Hajiyev
Üç gün ərzində İran səfirinin Hikmət Hacıyevlə ikinci görüşü
Bakı/16.09.21/Turan: Sentyabrın 15-də Azərbaycan prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Hikmət Hacıyevin İran səfiri Seyid Musavi ilə ikinci görüşü olub.
İlk görüş sentyabrın 13-də olmuşdu, onun məzmunu haqda konkret heç nə deyilmədi. Lakin aydın idi ki, söhbət Bakının etirazına rəğmən, Qarabağa yanacaq daşıyan yük maşınlarından gedib.
Səfirlə ilk görüşdən sonra vəziyyət dəyişməyib və iranlılar Qarabağa getməkdə davam ediblər. Sentyabrın 15-də azərbaycanlı hərbçilər iki iranlı sürücünü faktiki olaraq həbs edərək onların məsuliyyətə cəlb ediləcəyini bildiriblər.
Şübhə yoxdur ki, İran səfiri ilə son söhbətin mövzusu da məhz bu vəziyyət olub.
Səfirin özünə gəlincə, Tvitterdəki hesabında yazıb: "İsti diskussiyalarımız zamanı cari vəziyyəti və gələcək xoş münasibətlərimizi, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri nəzərdən keçirdik". - 02D-
Siyasət
-
Yanvarın 24-də Bakı Apellyasiya Məhkəməsində jurnalist Fərid İsmayılovun həbsindən şikayətə baxılıb.
-
2024-cü ildə Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyət jurnalistlərə, fəallara və dindarlara qarşı repressiyaların artması ilə xarakterizə olunub. Bu barədə "Müdafiə xətti" qeyri-hökumət təşkilatının illik hesabatında deyilir. Sənədi yanvarın 24-də bu qurumun üzvü, hüquq müdafiəçisi Zəfər Əhmədov təqdim edib.
-
Yanvarın 24-də Səbail Rayon Məhkəməsində “Kanal-13” İnternet- nəşrin rəhbəri Əziz Orucovun işi üzrə proses davam edib.
-
Yanvarın 24-də Azərbaycan müdafiə nazirinin müavini, Quru Qoşunları komandanı general-polkovnik Hikmət Mirzəyev Türkiyəyə rəsmi səfərə gedib.
Azərbaycan iqtidarının Trampdan gözləntiləri özünü doğruldacaqmı? – Əhməd Əlili Çətin sualda
Xəbər lenti
-
- Cəmiyyət,
- 12:47
- 344
Rəy yaz