Açiq mənbələrdən foto.
Vasif Talıbov istefa verib
Bakı/21.12.22/Turan: Bu gün hökumətyönlü KİV-lər Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbovun istefa verdiyi haqqında məlumat yayıb. Bu barədə hələlik rəsmi məlumat yoxdur.
KİV-in məlumatına görə, Talıbov Ali Məclisin qapalı iclasında istefa verib.
Beləliklə, bölgədə sərt avtoritar rejim quran "Naxçıvan xanı", nəhayət ki, siyasi səhnədən gedib.
Bu avtokratın hakimiyyətdə olduğu 27 il ərzində Naxçıvanda müxalifət tamamilə məhv edilib, regionda əhali qalmayıb. Bütün iqtisadiyyat və biznes Talıbovlar sülaləsinin əlində idi. Yerli əhaliyə ciddi nəzarət olunurdu və onlar sıxışdırılırdı.
Son bir neçə həftə ərzində Dövlət Təhlükəsizliyi Xidməti Naxçıvanda bir sıra əməliyyatlar keçirib, ona yaxın dövlət məmurunu dələduzluq və mənimsəmə ittihamı ilə həbs edib. Dövlətdən oğurlanmış vəsaitin ümumi məbləği 488 mln. manat (təxminən 287 mln. dollar) olaraq qiymətləndirilib.
Talıbov rejiminin fərqləndirici xüsusiyyəti Bakı nümayəndələrinə, o cümlədən dövlət məmurlarına tamamilə məhəl qoyulmaması idi. Bu etinasızlıq nazirlərə və güc qurumlarının nümayəndələrinə də şamil olunurdu.
Göründüyü qədər, yaxın günlərdə Talıbovlar sülaləsinin qanunsuz əməllərini və korrupsiyalarını ifşa edən yeni faktlar açıqlanacaq. 02B
Siyasət
-
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Türkiyənin Bolu vilayətinin Kartalkaya dağ-xizək kurortunda mehmanxanada baş vermiş faciəvi yanğından sonra, bazar ertəsi Türkiyənin xarici işlər naziri Hakan Fidana başsağlığı verib.
-
Yanvarın 22-də Səbail Rayon Məhkəməsində “dövlətə xəyanətdə” təqsirləndirilən gənc tədqiqatçı Bəhruz Səmədovun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb.
-
Yanvarın 22-də vəkil Zibeydə Sadıqova 1 saylı Bakı İstintaq Təcridxanasında jurnalist Fərid İsmayılova baş çəkib. İsmayılov yanvarın 17-də “Toplum” TV-nin işi üzrə həbs edilib. O, istintaqa hələ 2024-cü ilin martında cəlb edilib. O zaman polis nəzarətinə verilmişdi.
-
Fevralın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində ictimai fəal Nicat İbrahimin işi üzrə proses başlayacaq. Bu qərarə çərşənbə günü hazırlıq iclasında hakim Aygün Qurbanova qəbul edib.
Rəy yaz