Açiq mənbələrdən foto.
Yerevan azərbaycanlı jurnalistlərin ölümü ilə bağlı "Sərhədsiz Reportyorlar"ın sorğusuna məhəl qoymayıb
Bakı/08.06.21/Turan: İyunun 4-də Azərbaycanın Kəlbəcər rayonunda iki jurnalistin minaya düşərək həlak olmasından sonra "Sərhədsiz Reportyorlar" təşkilatı öz bəyanatında hadisənin başvermə şəraitinin dəqiq aydınlaşdırılmasına çağırıb.
Bəyanatda qeyd olunub ki, jurnalistlər Dağlıq Qarabağdan kənarda və Ermənistanla sərhəddin bir neçə kilometrliyində həlak olublar. AzTV- Azərbaycan Dövlət Televiziyasının operatoru Sirac Abışov və AzərTAC Dövlət İnformasiya Agentliyinin müxbiri Məhərrəm İbrahimov reportaj hazırlamaq üçün Susuzluq kəndinə gedirmişlər.
Onların olduğu avtomobil tank əleyhinə minaya düşüb. Partlayış nəticəsində azərbaycanlı məmur da həlak olub və dörd nəfər yaralanıb. Şənbə günü Bakıda və Sumqayıtda yüzlərlə adamın iştirakı ilə onların dəfn mərasimləri keçirilib.
"Həmin iki azərbaycanlı jurnalistin ölümü bu peşənin nümayəndələri üçün faciəvi xəbərdir", - "Sərhədsiz Reportyorlar"ın Şərqi Avropa və Mərkəzi Asiya şöbəsinin rəhbəri Janna Kavelye bildirib.
"Bu zonada çalışmaq istəyən digər jurnalistlər də eyni vəziyyətlə üzləşə və ya reportajlardan imtina edə bilər. "Sərhədsiz Reportyorlar" Azərbaycan hakimiyyətini bu zonada çalışan jurnalistləri qorumağa, bu hadisəni tam və şəffaf şəkildə araşdırmağa çağırır", - o qeyd edib.
Onlar 2020-ci ildə hərbi əməliyyatlar başa çatdıqdan sonra Azərbaycanın azad edilmiş ərazilərində, Dağlıq Qarabağın yaxınlığında, Azərbaycanın separatçı və ermənilərin yaşadığı bölgəsində öldürülən ilk jurnalistlərdir. Münaqişə zamanı ən azı yeddi jurnalist xəsarət alıb.
Atəşkəslə bağlı Rusiya ilə razılaşdırılmış sazişin olmasına və Rusiya sülhməramlılarının yerləşdirilməsinə baxmayaraq, gərginlik yüksək olaraq qalır. Demarkasiya xəttinin keçməsi ilə əlaqədar iki ölkə arasında ciddi fikir ayrılıqları mövcuddur. Bu region dünyada ən çox minalanmış regionlardan biri hesab olunur, Azərbaycan Ermənistan hakimiyyətini minalanmış ərazilərin xəritələrini verməməkdə imtina edir.
"Sərhədsiz Reportyorlar" Ermənistan hakimiyyəti ilə əlaqə yaratsa da, indiyədək bu ittihamlara cavab almayıb və Ermənistan hakimiyyəti iki azərbaycanlı jurnalistin həlak olmasını şərh etməyib. -02D-
Siyasət
-
Bazar ertəsi ABŞ prezidenti Co Bayden Dövlət Departamentində vida müraciətində Vladimir Putini Ukraynaya təcavüz etdiyinə görə lağa qoyub. "Putin işğal edəndə Kiyevi bir neçə gün ərzində fəth edəcəyini düşünürdü. Həqiqət budur ki, müharibə başlayandan Kiyevin mərkəzində dayanan tək adam mənəm, o deyil", - Bayden deyib, Turan-ın Vaşinqton müxbiri bildirib.
-
ABŞ, Bəxtiyar Hacıyevə qarşı çıxarılan son məhkəmə qərarından dərin məyusluq hissi keçirir. Biz, ardıcıl olaraq, Azərbaycanı beynəlxalq öhdəliklərini yerinə yetirməyə və haqsız yerə həbs olunanları azad etməyə çağırırıq.
-
Yanvarın 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində alternativ "İşçi Masası" Həmkarlar İttifaqları Konfederasiyasının rəhbəri Afiyəddin Məmmədovun məhkəmə prosesi başa çatıb. Məhkəmə onu 8 il azadlıqdan məhrum edib.
-
Çərşənbə axşamı ABŞ və Ermənistan "strateji tərəfdaşlıq komissiyasının" yaradılması haqqında saziş imzalayıb, dövlət katibi Entoni Blinkenin sözlərinə görə, bu, iki ölkə arasında münasibətlərdə "əhəmiyyətli mərhələdir" və "Cənubi Qafqazın daha möhkəm, daha dinc, daha təhlükəsiz, daha müstəqil olmasına şərait yaradacaq".
Rəy yaz