- Söz istəyirəm
- 15 Avqust 2023, 13:25
- 669
Avtomobilin nömrəsini itirmək avtomobilin özündən məhrum olmaq deməkdir
İyulun 5-də Vidadi küçəsi, 10 ünvanında qeyri-adi oğurluq hadisəsi baş verib. Vətəndaş Yunus Nəcəfzadənin avtomobilinin 90 HN 100 arxa nömrə nişanı oğurlanıb.
Zərərçəkən Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə, daha sonra Yasamal rayonunun 26-cı polis bölməsinə müraciət edib.
Bir aydan çox vaxt keçməsinə baxmayaraq, heç bir nəticə yoxdur. Polisə dəfələrlə edilən müraciətlər cavabsız qalır və ya oradan cavab verirlər: "Axtarırıq". Yunus Nəcəfzadə hesab edir ki, 26-cı bölmənin əməkdaşları onun işi ilə başdansovdu məşğul olurlar, çünki yaxınlıqdakı binaların müşahidə kameralarını yoxlamayıblar.
Problem təkcə nömrənin oğurlanmasında deyil, nömrə tapılmasa dublikat sifariş etmək mümkün deyil. Və ya zərərçəkən əvvəlki nömrədən imtina etməli və yenisini sifariş etməlidir. Ancaq o vaxta qədər avtomobildən istifadə edə bilməz. Yəni, faktiki olaraq avtomobildən məhrum olursan. Nömrənin heç vaxt tapılmayacağını təsəvvür etsək, avtomobildən "məhrumolma" qeyri-müəyyən müddətə uzanacaq.
Zərərçəkən Turan agentliyinə müraciət etdikdən sonra biz Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə sorğu göndərdik və bizi əmin etdilər ki, bu işlə məşğuldurlar və araşdırma aparılır. Ümid edirik ki, nəticə olacaq.-0-
-
- Maliyyə
- 15 Avqust 2023 13:12
-
- Böyük Şərq
- 15 Avqust 2023 13:33
Söz istəyirəm
-
Turanın məktəbindən keçən
-
Bütün agentliklərin, idarə və müəssisələrin adlarını dırnaq içində yazdığım halda, bir tək Turan-ı heç vaxt dırnaqda yazmadım. Yazılarda Turan-ı dırnaq içində gördüyümdə dırnaqdan çıxardım.
-
“Turan”-dan işdən çıxanda bu şəkli oğurladım… İşdən çıxdım, amma “Turan”ı qəlbimdən çıxara bilmədim. Bunu çoxu anlamaz, bəziləri anlayar ancaq. “Turan” mənim üçün özün olmaq demək idi.. “Turan” mənim üçün təmiz, vicdanlı və çox maraqlı insanlar deməkdir. Məktəbdir, yuvadır, ailədir mənim üçün “Turan”. Tək sarsılmaz qaya kimi dayandın, qorxmadın, əyilmədin və indi ən düzgün tarix kimi qalacaqsan. Hər ana, hər dəqiqəyə görə minnətdaram sənə. Sevinci ilə, kədəri ilə hər zaman ürəyimdəsən. Şeflərim isə elə şef kimi qalacaqlar) Sizi sevirəm və bu sevgi tükənməzdir.
-
Turan İA-nin öz fəaliyyətini dayandırması haqqında məlumat son dərəcə üzücüdür. Müstəqil, doğru, tərəfsiz xəbərin, təhlilin, mövqeyin ünvanı olan Turan 35 ildir fəaliyyət göstərib. Qanlı-qadalı 1990-cı ildə fəaliyyətə başlayan bu media qurumu XXI əsrin 3-cü onilliyində - yəni 2025-ci ilin fevral ayında maliyyə çətinliyindən öz fəaliyyətini dayandırır.
Rəy yaz