- Söz istəyirəm
- 20 Yanvar 2023, 20:58
- 323
Şəhidlərimizin müqəddəs ruhuna ucaldılmış ən əzəmətli abidə
Tarixi yaddaşımızda 1990-cı ilin 20 yanvarının olması faktı artıq heç kimə ixtiyar vermir ki, bizi zəif və qətiyyətsiz xalq hesab etsin.
Bununla bağlı mən tez-tez Dzenin bir rəvayətini xatırlayıram. Bu rəvayət qoyun tərəfindən böyüdülmüş, bütün ömrü boyu ətrafında yalnız qoyunları görmüş bir şir balasından bəhs edir.
Bu şir balası tam səmimiyyəti ilə özünü qoyun hesab edirmiş. Lakin, günlərin bir günündə Qocaman şir onu bulağın kənarına gətirir və suda öz əksinə baxmağı təklif edir. Şir balası məhz həmin an özünün əslində kim olduğunu başa düşür.
Bəli, şir balası, nəhayət başa düşür ki, o qoyun deyil, ŞİRDİR.
Bəli, həmin gün biz hamımız şir idik, lakin zaman keçdikcə, bəzilərimiz bunu unutmağa, özümüzü qoyun hiss etməyə başladıq.
Amma mən həmişə arzusundaydım ki, gün o gün olsun, yenə qocaman şir gəlsin, bizi bulağın kənarına aparıb, suyun əksində bizim əslində kim olduğumuzu bizə göstərsin.
Həmin gün həqiqətən də gəldi.
Artıq bir müddətdir ki, biz Qara yanvarın qurbanlarını nə vaxtlarsa şir olmuş qoyunlar kimi deyil, 33 il öncə də şir olmuş, bu gün dəyişməz qalan şirlər kimi xatırlayırıq.
Və bu gün azərbaycan xalqının tarixi yaddaşında tək Qara Yanvar deyil, həm də Qarabağ uğrundakı müharibədə Qələbəmiz də var.
Bu Qələbə şəhidlərimizin müqəddəs ruhuna ucaldılmış ən əzəmətli abidədir!
-
- Cəmiyyət
- 20 Yanvar 2023 20:13
Söz istəyirəm
-
Turanın məktəbindən keçən
-
Bütün agentliklərin, idarə və müəssisələrin adlarını dırnaq içində yazdığım halda, bir tək Turan-ı heç vaxt dırnaqda yazmadım. Yazılarda Turan-ı dırnaq içində gördüyümdə dırnaqdan çıxardım.
-
“Turan”-dan işdən çıxanda bu şəkli oğurladım… İşdən çıxdım, amma “Turan”ı qəlbimdən çıxara bilmədim. Bunu çoxu anlamaz, bəziləri anlayar ancaq. “Turan” mənim üçün özün olmaq demək idi.. “Turan” mənim üçün təmiz, vicdanlı və çox maraqlı insanlar deməkdir. Məktəbdir, yuvadır, ailədir mənim üçün “Turan”. Tək sarsılmaz qaya kimi dayandın, qorxmadın, əyilmədin və indi ən düzgün tarix kimi qalacaqsan. Hər ana, hər dəqiqəyə görə minnətdaram sənə. Sevinci ilə, kədəri ilə hər zaman ürəyimdəsən. Şeflərim isə elə şef kimi qalacaqlar) Sizi sevirəm və bu sevgi tükənməzdir.
-
Turan İA-nin öz fəaliyyətini dayandırması haqqında məlumat son dərəcə üzücüdür. Müstəqil, doğru, tərəfsiz xəbərin, təhlilin, mövqeyin ünvanı olan Turan 35 ildir fəaliyyət göstərib. Qanlı-qadalı 1990-cı ildə fəaliyyətə başlayan bu media qurumu XXI əsrin 3-cü onilliyində - yəni 2025-ci ilin fevral ayında maliyyə çətinliyindən öz fəaliyyətini dayandırır.
Rəy yaz