Belarus
Ötən gecə və səhər boyunca Belorusiyanın şəhərlərində nümayişçilərin polislə qarşıdurmaları davam edib, güc qurumlarının əməkdaşları küçələrə tökülüb və avqustun 9-da Belorusiyada keçirilmiş prezident seçkilərindən narazı olan vətəndaşlar saxlanılıb. Əsasən Putin Rusiyasına tabe olan rusdilli mətbuatda və Moskva telekanallarında Belarus demokratlarını terrorçu adlandırırlar. Bu insanların Facebook-da “Gerçək Belorusiya” qrupunda yazdıqları postları oxucuların diqqətinə çatdırırıq.
Yelena Droqobujeva
Vətəndaş-partizan müharibəsi başlayıb. İndi yalnız ölüm... İndi artıq heç kim danışıqlar masası arxasına oturmayacaq?
İrina Qolovanova
Təəssüf ki, bir ay əvvəl belə olacağı barədə xəbərdarlıq etmişdim. Onun qələbəsinin təsvir ediləcəyi və sizin razılaşmayacağınız təxmin olunan idi. O da yanık kimi (Yanukoviç – Red.) qoşunları yeritdi. Qırğın başladı! O, öz xalqını öldürərək, legitimlik qalıqlarını da itirir. Onun nə qədər prezident vəzifəsində qala biləcəyi isə sizdən asılıdır!
Uşaqlar, maydanın qaz reseptlərindən biri belədir. Tibbi əlcəyə fizioloji məhlul tökün. Asanlıqla qoynunuzda daşıya bilərsiniz və lazım gəldikdə barmağınızla əlcəyi deşərək, gözlərinizi su ilə yuyun!
Sergey Yeseev
Avropanın mərkəzi. Şəhər – qəhrəman Minsk. Puşkin prospekti 33. OMON forması geyinmiş iki faşist 15 yaşlı yeniyetməni döyür və saxlayır. Lukaşist alçaqlardan birinin əlində işıq-səs bombası var... Pərdə!!!
Yuriy Kantoroviç
O nə qurub? Ment ordusu silahlı qüvvələrdən daha böyükdür. Rejimin can çəkişir. Və bütün bu amaplar və digər daxili qoşunlar özlərini Luk üçün deyil, öz gələcəkləri üçün cırırlar. Yaxşı başa düşürlər ki, Lukdan sonra kim gəlirsə-gəlsin, onların hamısını qovacaqlar, həbs edəcəklər, ən yaxşı halda isə onlar zavodda işləməyə gedəcəklər. Ümid edirəm ki, hər şey tez başa çatacaq.
Mixail Smışlyaev
Uşaqlar, qırğına getməyin! Hakimiyyəti və onun əlaltılarını suyu, rabitəni, elektrik enerjisini kəsməklə, xidməti avtomobillərinə yanacaq doldurmamaqla, onların evlərini təmizləməməklə və s. iflic etmək olar. Bir çox silahsız mübarizə metodları var, onlardan ən təsirlisi hamılıqla tətil etməkdir. Hakimiyyət hiss etməlidir ki, xalqdan çox asılıdır, xalqın dəstəyi olmadan isə o, heç nədir.
Liliya Axremçik
Uşaqlar, salam. Biz sağ və salamatıq, hədsiz stressi nəzərə almasaq. Şəbəkəyə fiziki olaraq qoşula bilmirdik, İnterneti amansızca kəsirdilər. İndi ərimin telefonundan VPN vasitəsilə qoşuldum, bilmirəm, neçə müddət açıq qalacaq.
Uşaqlar, bura cəhənnəmdir. (((( Heç kim belə bir şey gözləmirdi və buna hazır deyildi. Lukaşenko Belarus xalqına qarşı müharibəyə başlayıb. ((( Bilmirəm OMON-un beynini nə ilə və necə yuyurlar, bəlkə də, birbaşa hansısa xarici müdaxilələrdən danışırlar, amma onlar heyvan kimi, hətta daha da pis davranırlar. Və burada kənardan heç kim heç nə etmir, insanlar özləri çıxırlar! Bütün Belarusda, bütün böyük və kiçik şəhərlərdə insanlar özləri çıxırlar. İnsanlar şort və şap-şapla tamamilə dinc etirazlara çıxırlar, amma onlara işıq-səs bombaları atırlar, içərisində bədəni parça-parça edən hansısa dəhşətli maddə olan rezin güllələrlə atəş açırlar, partlayan bombalar isə insanları şikəst edir. Gözyaşardıcı qaz buraxırlar, bu kapsulların mənzillərə düşdüyü hallar olub. Supüskürdənlərlə su vururlar. İnsanlar sadəcə olaraq dayanıb əl çalır və “Jıve Belarus” şüarı səsləndirirlər. Sonra isə OMON-çular gəlir. Bu alçaqlar öz həmvətənlərini necə döyürlər! (((( Camaat, bu, çox dəhşətlidir!!!! Onların bir damcı belə rəhmi yoxdur, insanlıqdan əsər-əlamət yoxdur, bu, əsl faşistlikdir. Onlar beş-beş, altı-altı bir nəfərin üstünə düşürlər və onu şikəst edirlər. (((( Biz günlərlə ağlayırıq, gecələri isə bayıra çıxırıq. Hələlik OMON-dan qaçmağa müvəffəq oluruq, Tanrı rəhm edir. Onlar yaşlarına baxmadan qadınları döyürlər, yeniyetmələri qan içində qalana qədər döyürlər, sümüklərini sındırırlar. Bilmirəm, video yükləyə biləcəyəm, ya yox, onların artıq yerdə yatan və döyülmüş insanı təpiklədikləri, daha sonra isə üzünə təpik atdıqları kadrlar var. (((( Onlar insanları həyətlərindəcə tutub döyürlər, qanuna və insanların aksiyalarda iştirak edib-etməməsinə ümumiyyətlə baxmırlar. Sadəcə olaraq hamını tuturlar. Və bu zaman belə deyirlər: “Dəyişiklik istəyirdiniz? Alın!”. Avtobusda OMON-çu bir qızın əlini əzirdi və deyirdi: “Onsuz da heç kimə şikayət edə bilməzsən”. Başqa bir qızın saçından tutub yerdə sürüyürdülər. Onlar uşaqları döyür və avtozaka atırlar!!! Görünür, onlara qeyri-məhdud səlahiyyət veriblər. (((( Deyirlər ki, bu gün-sabah komendant saatı tətbiq edəcəklər.
Həkimlərin etirazçılara yardım etməsini və mentsiz çağırışlara gəlməsini qadağan etməyə çalışırdılar, həkimlər müqavimət göstərirlər. OMON-çular özləri Təcili Yardım maşınları ilə etirazçılar arasına girirlər, onları buraxırlar, sonra özləri düşürlər və yaralıları daşıyanları döyürlər.
Camaat, xahiş edirəm, heç bir təbliğata inanmayın. Bizim aramızda döyüşçü yoxdur. İnsanlar bombalardan və güllələrdən qorunmaq üçün əl altında olan vasitələrdən barrikadalar qururlar. Dünən Puşkinskiy-Sportivniy-Kamennıy təpəsində və Riqa supermarketi yaxınlığında qarşıdurma olub, ötən gecə, seçkilərdən sonra isə Stellada və mərkəzdə. İnsanlar əliboş gəlirlər, amma onları məhv edirlər! Lukaşenko öz xalqına qarşı soyqırım başladıb! Eyni zamanda BT-də seçkilərin necə möhtəşəm keçdiyi və yeniyetmələrin Nextanın göstərişi ilə qırğın təşkil etdiyi haqqında çarxlar nümayiş etdirilir. Biz yeniyetmə deyilik! İnsanlar ailələri ilə birlikdə gəlirlər. Dünən yanımda 58 yaşında bir qadın dayanmışdı.
Səslərin ədalətli sayıldığı məntəqələr Lukaşenkoya 5 faizdən 13 faizə qədər səs verildiyini aşkar ediblər. O isə özünə 80 faiz yazıb! İnsanlar qəzəbləniblər. İki gün ərzində 5000-ə yaxın, bəlkə də daha çox insan həbs edilib. İnsanlar ölkə üzrə 8 nəfərin öldüyünü deyirlər. DİN təkzib edir, amma şahidlər görüblər! Həkimlərə həqiqəti demək qadağan edilib. Onlar sadəcə olaraq bunu dayandırmağı xahiş edirlər, çünki sülh vaxtında bu cür travmalar yolverilməzdir.
Xahiş edirəm, bizim haqqımızda məlumatı yayın!!! Bizi boşluqda qoymayın. Bizim köməyə çox ehtiyacımız var, amma bilmirik, bizə kim və necə kömək edəcək. (((( Nexta, Basta, tut.by, onliner.by teleqram kanallarına abonə olun. Bizim haqqımızda danışın! Öz hökumətlərinizi köməyə çağırın!
Rəy yaz